Müəyyən edilmiş hüquqi əlaqələrin sayına görə öhdəliklərin iki növü fərqləndirilir: sadə öhdəliklər; mü-
rəkkəb öhdəliklər. Sadə öhdəliklər odur ki, bu cür öhdəliklərdə tərəfləri yalnız bir hüquqi əlaqə (hüquq və və-
zifə) bağlayır. Həmin öhdəliklərdə tərəflər bir-birilə yalnız bir hüquq və bir vəzifə ilə bağlı olurlar. Məsələn,
bank əmanətindən əmələ gələn öhdəlikdə əmanətçinin yalnız bir hüququ, yəni əmanətin qaytarılmasını bankdan
tələb etmək hüququ vardır, bank isə əmanəti qaytarmaqdan ibarət yalnız bir vəzifə daşıyır. Ziyan vurmaq
nəticəsində əmələ gələn öhdəliklərdə zərərvuran şəxs yalnız bir vəzifə, yəni vurulmuş zərərin əvəzini ödəmək
vəzifəsini daşıyır. Zərərçəkmiş şəxsin isə yalnız bir hüququ, yəni vurulmuş zərərin əvəzinin ödənilməsini tələb
etmək hüququ vardır.
Dostları ilə paylaş: |