mələ gəlmə əsaslarına görə öhdəliklər iki cür olur: müqavilə öhdəlikləri; müqavilədənkənar öhdəliklər.
Müqavilə öhdəlikləri dedikdə, müqavilə əsasında yaranan öhdəliklər başa düşülür. Bu cür öhdəliklərin yaran-
masını şərtləndirən müqavilələr normal iqtisadi dövriyyəni qaydaya salır.
Müqavilədənkənar öhdəliklər o öhdəliklərdir ki, onların yaranması birtərəfli əqdlərlə (hərəkətlərlə) və ya
hüquqazidd hərəkətlərlə bağlı olur. Birtərəfli əqdlərdən (hərəkətlərdən) əmələ gələn öhdəliklərə aiddir: xü-
susi mükafatlandırma vədi öhdəliyi; müsabiqə öhdəliyi; özgəsinin işini tapşırıqsız aparma öhdəliyi; oyunların
və mərclərin keçirilməsindən əmələ gələn öhdəlik.
Dostları ilə paylaş: |