Kreditorun şəxsiyyəti ilə bağlı olan öhdəliklər odur ki, bu cür öhdəliklər kreditorun başqa birisilə əvəz
edilməsinin mümkün olmamasını nəzərdə tutur. Bu öhdəliklərdə kreditorun dəyişdirilməsi yolverilməzdir. Mə-
sələn, alimentlər haqqında, həyat və sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında öhdəliklər bu cür
öhdəliklərə misal ola bilər; aliment alan şəxs (kreditor) ölür və bu zaman onu başqa bir şəxslə əvəz etmək qeyri-
mümkündür.
Şə
xsi etimad təbiətli öhdəliklər şəxsi xarakterli öhdəliklərin yarımnövüdür. Bu cür öhdəliklər tapşırıq mü-
qaviləsindən əmələ gəlir. Bu öhdəliklərin xüsusiyyəti ondan ibarətdir ki, həmin öhdəliklərin hər bir iştirakçısı
hər hansı dəlil gətirmədən birtərəfli qaydada öhdəliyi ləğv edə bilər (MM-in 786-jı maddəsinin 1-ji bəndi). Tap-
ş
ırıq öhdəliyinə görə, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. Bununla belə, tapşırıq öhdəliyinin tərəflə-
ri, yəni vəkalət verən və ya vəkalət alan öldükdə, öhdəlik, bir qayda olaraq, ləğv edilir (MM-in 786-jı maddəsi-
nin 2-ji bəndi). Öhdəliyin bu növü Roma hüququnun dili ilə fidusiar öhdəlik də adlanır.
Ə
Dostları ilə paylaş: |