Qarışıq birgə çoxluq, yəni qarışıq birgə öhdəlik odur ki, bu cür öhdəliklərdə bir neçə kreditor və ya bir neçə
borclu iştirak edir. Məsələn, vərəsəlik qaydasında yük avtomobili əldə edən vərəsələr (dörd nəfər) həmin avto-
mobili kəndli (fermer) təsərrüfatının beş üzvünə satır. Həyatda bu öhdəliklərə az hallarda rast gəlmək olur. Qa-
rışıq birgə öhdəliklərə birgə öhdəliklər və birgə tələblər haqqında qaydalar tətbiq edilir (MM-in 493-512-ji
maddələri).
Hüquq ədəbiyyatında bəzi müəlliflər birgə və paylı öhdəliklərlə bərabər, həm də subsidiar (lat.
«subsidiarius» – ehtiyat, yardımçı) məsuliyyəti şəxslər çoxluğunun müstəqil bir növü hesab edirlər. Bu mövqe
həqiqətdən uzaqdır. Göstərilən mövqenin əsassız və ağlabatan olmaması bir sıra səbəblərlə şərtlənir.
Birinjisi, Azərbaycan Respublikasının MM-in 25-ji fəsli öhdəlikdə şəxslər çoxluğuna həsr edilmişdir. Bu fə-
sildə subsidiar öhdəliklər nəzərdə tutulmur. Subsidiar öhdəlik haqqında normalar MM-in başqa fəslində — 23-
cü fəslində (453-cü maddədə) yerləşdirilmişdir. RF-in MM-də də bu məsuliyyəti nəzərdə tutan normalar 25-ji
fəslə (399-cu maddə) daxil edilir ki, bu fəsil «Öhdəliyin pozulmasına görə məsuliyyət adlanır». Halbuki öhdə-
likdə şəxslər çoxluğu MM-in «Öhdəliklərin icrası» adlı 22-ji fəslində (321-326-jı maddələr) nəzərdə tutulur.
Deməli, nə RF-in, nə də Azərbaycan Respublikasının qanunvericiliyi subsidiar öhdəliyi öhdəlikdə şəxslər
Dostları ilə paylaş: |