lir. Bununla belə, birgə kreditorlar arasında hüquqi əlaqə davam edir. Borclu öhdəliyi tamamilə icra etdikdə, icra-
397
nın predmetini əldə edən kreditor birgə kreditorlardan hər birinə düşən payı ödəyir. Yaranan bu yeni münasibət-
lərdə borcludan icra predmetini əldə edən şəxs borclu, yerdə qalan digər birgə kreditorlar isə kreditor rolunda çıxış
edirlər. Özü də icra predmeti birgə kreditorlar arasında bərabər paylar əsasında bölünür. Tərəflərin razılığı ilə icra
predmeti bərabər olmayan paylar əsasında da bölüşdürülə bilər. Bu halda paylı öhdəlik yaranır.
Bəzən də elə hallar yaranır ki, bu və ya digər səbəbə görə birgə kreditorlardan biri borclu barəsində tələbdən
imtina edir. Məsələn, yuxarıdakı misalda birgə kreditorlar rolunda çıxış edən vərəsələrdən biri minik avtomobi-
linə olan payından imtina edir. Bu hal müəyyən hüquqi nəticələrə səbəb olur. Belə ki, birgə kreditorlardan biri-
nin borclu barəsində tələbdən imtina etməsi borclunun həmin kreditora çatan hissəni ödəməkdən azad olunma-
sına səbəb olur (MM-in 496-jı maddəsi). Bu, onlar arasında bağışlama münasibətinin yaranmasına səbəb olur.
Tələb hüququ bu münasibətin predmetini təşkil edir.
Birgə kreditorlardan biri ölə bilər. Bu, münasibətlərin ləğv olunmasına səbəb olmur. Belə hallarda ölən kre-
ditorun yerini onun vərəsəsi tutur. Vərəsə həmin münasibətlərdə ölən kreditoru əvəz edir. Başqa sözlə desək,
ölən kreditorun tələb hüququ onun vərəsələrinə keçir. Əgər onun bir vərəsəsi varsa, tələb hüququnun hamısı
ona keçir. Əgər onun bir neçə vərəsəsi olarsa, onda vərəsələrdən hər birinə borca olan hüququn yalnız onun və-
rəsəlik payına uyğun hissəsi keçir.
Dostları ilə paylaş: