Microsoft Word mulki huquq doc


yəti ondan ibarətdir ki, o, çoxsaylı



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1249/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1245   1246   1247   1248   1249   1250   1251   1252   ...   1820
yəti ondan ibarətdir ki, o, çoxsaylı şəxslərin iştirak etdiyi öhdəlik (öhdəlikdə şəxslər çoxluğu) kateqoriyası-

na şamil edilmir. Belə ki, üçüncü şəxs nə birgə, nə də paylı kreditor sayılır. O, öhdəliyin icrasını tamamilə və 

bütövlükdə özü üçün tələb edir. Üçüncü şəxs öhdəliyin icrasını borcludan tələb etmək hüququ olan yeni kredi-



tordur. Bununla belə, o, bəzi hallarda vəzifə də daşıya bilər. Məsələn, daşıma müqaviləsindən yaranan öhdəlik-

də yük alanın (üçüncü şəxsin) daşıma haqqını ödəmək vəzifəsi müəyyənləşdirilə bilər (MM-in 850-ji maddəsi-

nin 1-ji bəndi). 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri ğorta müqaviləsidir. Söhbət həyat 

sığortası müqaviləsi və  fərdi qəza sığortası müqaviləsi kimi hüquqi konstruksiyalardan  gedir. Həyat sığortası 

(şəxsi sığorta) müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bilər. Bu cür öhdəliyə Azərbaycan Respublikası Döv-

lət Sığorta Şirkəti tərəfindən həyata keçirilən uşaqların sığortasını misal göstərmək olar. Bu sığorta həmin şirkə-

tin təsdiq etdiyi  «Uşaqların sığorta qaydaları» (10 iyun 1993-cü il) əsasında aparılır. Məsələn, valideynlər öz 

uşağını onların yetkinlik yaşına çatması üçün sığorta etdirirlər. Bu münasibətlərdə uşaq üçüncü şəxs kimi çıxış 

edir. 


Bununla bərabər, fərdi qəza sığortası müqaviləsi üçüncü şəxsin xeyrinə bağlana bilər. Məsələn, firma öz və-

saiti hesabına işçilərini bədbəxt hadisələrdən sığortalayır. Bu cür sığorta Dövlət Şirkətinin təsdiq etdiyi « darə, 

müəssisə və təşkilatların vəsaiti hesabına işçilərin bədbəxt hadisələrdən sığortası qaydaları» (1 dekabr 1994-cü 

il) əsasında aparılır. Həmin şirkətin təsdiq etdiyi «Xarici ölkələrə turist səfərlərinə və ezamiyyətə gedən vətən-

daşların bədbəxt hadisələrdən sığorta qaydaları» (24 noyabr 1995-ji il) əsasında müəssisə öz işçilərini sığortala-

yır. Bu misallarda işçilər üçüncü şəxs rolunda çıxış edirlər. 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri bank əmanəti (depozit) müqaviləsi-



 

399


dir. Belə ki, bu müqavilə əsasında şəxs, üçüncü şəxs rolunda çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin adına, 

onların xeyrinə əmanət qoya bilər. Bununla üçüncü şəxslər əmanətçi hüququ qazanırlar. Özü də o, bu hüququ 

ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan 

ə

ldə  edir.  Məsələn,  Birləşmiş  Universal  Səhmdar  Bankının  (indiki  «Kapitalbank»ın),  Beynəlxalq  Bankın 



mövcud qaydaları məqsədli uşaq əmanəti adlı əmanət növü nəzərdə tutur. Bu əmanət növünə görə, valideynlər 

öz  uşaqlarının  adına  əmanət  qoyurlar.  Uşaqlar  yetkinlik  yaşına  çatdıqda,  həmin  əmanəti  götürə  bilərlər.  Bu 

ə

manət növündə uşaqlar üçüncü şəxslər kimi çıxış edirlər. 



Üçüncü şəxslərin xeyrinə olan öhdəliyin əmələ gəlmə əsaslarından biri daşıma müqaviləsidir. Yük göndə-

rənlə dpşıyıcı (nəqliyyat təşkilatı) arasında bağlanan bu müqavilə yükün təyinat yerində üçüncü şəxsə — yük 

alana verilməsini nəzərdə tuta bilər. Yük alan bu cür daşıma öhdəliyində üçüncü şəxs kimi çıxış edir. Öhdəlik 

isə üçüncü şəxsin iştirak etdiyi öhdəlik hesab edilir. 

Üçüncü şəxslərin xeyrinə olan öhdəliklərdə üçüncü şəxsin borcludan öhdəliyin icrasını tələb etmək hüququ 

ə

ldə etməsi müəyyən şərtlə bağlıdır. Bu şərt isə ondan ibarətdir ki, üçüncü şəxs həmin hüquqdan istifadə et-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1245   1246   1247   1248   1249   1250   1251   1252   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin