3. Öhdəlikdə şəxslərin dəyişməsi
Hər şeydən əvvəl, qeyd edək ki, öhdəlikdə şəxslərin dəyişməsi anlayışı bir çox xarici mülki hüquq sistemlə-
rinə məlum olan anlayışdır. Hollandiya MM-in öhdəlik hüququnun ümumi hissəsinə həsr edilən altıncı kitabı-
nın 2-ji bölməsi «Tələb və borcların keçməsi və tələblərdən imtina» adı altında öhdəlikdə şəxslərin dəyişməsi
anlayışını nəzərdə tutur. Almaniya Mülki Qanunnaməsinin «Öhdəlik hüququ» adlı ikinci kitabının dördüncü
bölməsi («Tələbin güzəşti», §398-413) və beşinji bölməsi («Borcun köçürülməsi», §414-419) öhdəlikdə şəxslə-
rin dəyişməsi münasibətlərini tənzimləyir. RF-in MM-inin 24-cü fəsli «Öhdəlikdə şəxslərin dəyişməsi» adlanır.
Bu fəsil özündə «Kreditorun hüquqlarının başqa şəxsə keçməsi» və «Borcun köçürülməsi» adlı iki bölməni əha-
tə edir. Azərbaycan Respublikasının MM-i Almaniyanın Mülki Qanunnaməsinə uyğun, olaraq öhdəlikdə şəxs-
lərin dəyişməsi üzrə münasibətləri tənzimləmək üçün 194-202-ji maddələrdə və 26-jı fəsildə ifadə olunan nor-
maları iki məsələyə həsr edir: «Tələblərin güzəşti»; «Borcun köçürülməsi». Öhdəlikdə şəxslərin dəyişməsi qay-
dasını hələ Roma hüququ da tanıyırdı.
Qeyd etmək lazımdır ki, öhdəliklə bağlı münasibətlərdə üçüncü şəxsin iştirak etməsilə öhdəliyin tərəfləri —
kreditor və borclu şəxs onunla, yəni üçüncü şəxslə əvəz olunmur. Bu, o deməkdir ki, üçüncü şəxsin iştirakı öh-
dəliyin subyekt tərkibini dəyişdirmir. Bununla bərabər, müəyyən hallarda öhdəlikdə həm kreditor, həm də borc-
lu şəxs dəyişə və başqası ilə əvəz oluna bilər. Qanun buna yol verir. Bu, onunla izah olunur ki, öhdəliyin ma-
Dostları ilə paylaş: |