kreditorun razılıq verməsi tələb olunmur. Buna borclunun da razılıq verməsi tələb olunmur (MM-in 431-ji
maddəsinin 1-ji bəndi). Beləliklə, öhdəliyin icrasında üçüncü şəxs iştirak edir. Elə bir şəxs ki, o, həmin öhdəlik
hüquq münasibətinin iştirakçısı hesab edilmir. Buna görə üçüncü şəxs belə halda öhdəliyin tərəfinə çevrilmir.
Belə ki, kreditora münasibətdə o, yalnız faktiki hərəkətlər yerinə yetirir. Məsələn, borclunun əvəzinə pul ödəyir,
ə
mlak verir, iş görür, xidmət göstərir və s. Üçüncü şəxsi öhdəliyin icrası üçün borclu şəxs tərəfindən jəlb olun-
muş şəxs hesab etmək olmaz. Buna görə də o, borclu tərəfindən öhdəliyin icrasının həvalə edildiyi şəxs sayıl-
mır. Belə ki, öhdəliyin icrasına borclu tərəfindən jəlb edilmiş üçüncü şəxs dedikdə, borclunun öhdəliyin icrasını
həvalə etdiyi üçüncü şəxs başa düşülür. Bizə belə fikir söyləməyə o əsas verir ki, qanunda nə üçüncü şəxsin
borclu tərəfindən öhdəliyin icrası üçün jəlb edilməsi, nə də ona borclunun öhdəliyin icrasını həvalə etməsi barə-
də göstəriş vardır. Digər tərəfdən qanun birbaşa müəyyən edir ki, bir az əvvəldə qeyd etdiyimiz kimi, öhdəliyin
üçüncü şəxs tərəfindən icrasına borclunun razılığı tələb edilmir. Odur ki, müqavilə öhdəliyin üçüncü şəxs tərə-
findən borclunun əvəzinə icrasının əsası ola bilməz. Dediklərimizdən belə qənaətə gələ bilərik ki, üçüncü şəxs
borclunun əvəzinə öhdəliyi könüllü olaraq icra edir; bu isə onu söyləməyə əsas verir ki, üçüncü şəxsin öhdəliyi
icra etməsi birtərəfli əqddir. Qeyd etməliyik ki, praktiki olaraq bütün dünya ölkələrinin qanunvericiliyi öhdəli-
yin istənilən üçüncü şəxs tərəfindən icra edilməsinə yol verir, bu şərtlə ki, öhdəliyin icrası borclunun şəxsi key-
fiyyətləri ilə bağlı olmasın.
Üçüncü şəxsin könüllü surətdə borclunun əvəzinə öhdəliyi icra etməsi həmin öhdəliyin xitamına səbəb olur.
Buna görə də borclu kreditor qarşısında məsuliyyət daşımır.
Bununla bərabər, üçüncü şəxs öhdəliyin icrasına borclu şəxs tərəfindən jəlb oluna bilər; bu zaman borclu öh-
dəliyin icrasını ona həvalə edir. Lakin bunun üçün hüquqi əsas, yəni borclu ilə üçüncü şəxs arasında müqavi-
Dostları ilə paylaş: |