liyyət daşıması nəzərdə tutula bilər. Amma belə məsuliyyəti qanunun özü də müəyyənləşdirə bilər. Məsələn,
mal göndərmə müqaviləsi üzrə borclu (alıcı) üçüncü şəxslər (yəni mal alanlar) tərəfindən ödənişin həyata keçi-
401
rilməməsinə görə məsuliyyət daşıyır (MM-in 637-ji maddəsinin 2-ji bəndi). Daşıma öhdəliyi zamanı da belə və-
ziyyət yaranır. Belə ki, əgər dpşıyıcı daşımanı həyata keçirmək üçün başqa dpşıyıcılar jəlb edərsə, yük sahibi
qarşısında onlar yox, məhz dpşıyıcı məsuliyyət daşıyır (MM-in 859-cu maddəsinin 4-cü bəndi).
Göstərilən hallarda borclunun əvəzinə öhdəliyi icra edən şəxsə əlavə borclu qismində çıxış edən şəxs kimi
baxmaq olmaz. Belə ki, kreditorla üçüncü şəxs hər hansı bir hüquq münasibətinə daxil olmur. Bu səbəbdən kre-
ditor qarşısında borclu şəxs kimi yenə də ilkin borclu qalır. Deməli, üçüncü şəxsin hərəkətləri üçün kreditor
qarşısında borclu məsuliyyət daşıyır. Əgər borclu öhdəliyin icrasını müqavilə əsasında üçüncü şəxsə həvalə
edərsə, o, həmin öhdəliyin tam icrasına görə kreditor qarşısında javabdehdir. Məsələn, mal göndərmə (tədarük)
müqaviləsi bağlanarsa, məhsulu alıcıya çatdırmaq vəzifəsi nəqliyyat təşkilatına, yəni dpşıyıcıya həvalə oluna
bilər. Öhdəliyin icrası pozulduğu halda kreditor nəqliyyat təşkilatına (dpşıyıcıya) pretenziya (tələb) irəli sürə
bilməz. Ona görə ki, borclu icranın həvalə edildiyi üçüncü şəxslər tərəfindən öhdəliyin icra edilməməsi və ya
lazımınja icra edilməməsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bununla belə, mövcud qanunvericilik
kreditor qarşısında öhdəliyi icra edən üçüncü şəxsin bilavasitə məsuliyyətini müəyyən edə bilər. Bu cür birbaşa
məsuliyyət, məsələn, hesablaşma haqqında qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, ödəyijinin tapşırığını
icra etmək üçün bank digər bankları da jəlb edə bilər. Jəlb edilmiş banklar, yəni üçüncü şəxslər tapşırığın icra
prosesində hesablaşma əməliyyatlarının aparılması qaydalarını poza bilərlər. Belə halda məhkəmə məsuliyyəti
həmin bankın üzərinə qoya bilər (MM-in 976-jı maddəsinin 2-ji bəndi).
Öhdəliyin üçüncü şəxs tərəfindən icrası zamanı borclu faktiki olaraq başqası ilə əvəz edilir. Bu, çox vaxt
kreditor üçün arzuolunmaz olur. Belə ki, öhdəliyi icra edən subyektin şəxsi keyfiyyətləri kreditor üçün mühüm
ə
həmiyyət kəsb edir. Lakin qanun müəyyən edir ki, kreditor bütün hallarda üçüncü şəxsin təklif etdiyi icranı qə-
bul etməyə borcludur, bir şərtlə ki, borclu şəxs bunun əleyhinə olmasın. Əgər borclu bunun əleyhinə olarsa, on-
da kreditor üçüncü şəxsin təklif etdiyi icranı qəbul etməyə bilər (MM-in 431-ji maddəsinin 2-ji bəndi).
Elə öhdəliklər vardır ki, bu öhdəliklərə əsasən, borcluya məxsus olan əşyaya kreditor məcburi olaraq icra
Dostları ilə paylaş: