Üçüncüsü, reqres öhdəliyə əsas öhdəliyə münasibətdə əlavə (aksessor) öhdəlik kimi baxmaq olmaz.
Reqres tələb verildiyi halda iki müstəqil öhdəlik əmələ gəlir ki, bu öhdəliklərin hər ikisi də subyekt tərkibinə
(bir kreditora qarşı bir borclu şəxs durur) malikdir. Lakin həmin öhdəliklər bir-birilə sıx surətdə bağlıdır. Özü
də əsas öhdəliyin borclu şəxsi reqres öhdəliyin kreditoruna çevrilir. Üçüncü şəxs isə bu öhdəliyin borclu
şə
xsi kimi çıxış edir. Deməli, reqres öhdəliyi aksessor (əlavə) öhdəlik kimi yox, müstəqil öhdəlik kimi meyda-
na gəlir. Belə ki, aksessor öhdəliyinin taleyi əsas öhdəlikdən asılıdır. Əsas öhdəlik ləğv edilən kimi, aksessor
öhdəliyi də xitam olunur. Reqres öhdəlik isə, əksinə, əsas öhdəlik ləğv edildikdə yaranır. Yalnız bu mənada o,
ə
sas öhdəlikdən törəyir.
Dostları ilə paylaş: |