Dördüncüsü, reqres öhdəlik üzrə borclunun ödəməli olduğu məbləğ əsas öhdəlik üzrə həyata keçirilən
ödənişin məbləğindən çox ola bilməz. Belə ki, zərərin əvəzini ödəmiş şəxs zərərvuran şəxsə yalnız ödənilmiş
ə
vəz miqdarında geriyə tələb (reqres) irəli sürə bilər.
Beləliklə, reqres öhdəlik odur ki, bu öhdəliyə görə, üçüncü şəxsin əvəzinə müəyyən pul məbləğini ödə-
miş kreditor, ödədiyi pul məbləği həcmində üçüncü şəxsə reqres (geriyə tələb) irəli sürə bilər. Müəyyən
pul məbləğini ödəmiş kreditor reqredient, üçüncü şəxs isə reqressat adlanır.
Öhdəliyin üçüncü şəxs tərəfindən icrası üçüncü şəxslərin iştirak etdikləri öhdəliyin yarımnövlərindən biri-
dir (MM-in 431-ji maddəsi). Özü də dərhal qeyd etməliyik ki, şəxsi xarakterli öhdəliklərdə öhdəliyi yalnız
borclunun özü icra edə bilər. Məsələn, nəşriyyat yazıçıya roman yazmağı sifariş verir və ya teatr aktyor ilə mü-
ə
yyən rolun oynanılması barədə müqavilə bağlayır. Üçüncü şəxs belə öhdəlikləri icra edə bilməz.
Ümumi qayda belədir ki, borclu öhdəliyi şəxsən icra etməlidir. Belə ki, çox vaxt öhdəliyin icrası yalnız borc-
lunun özündən asılı olur. Bundan əlavə, borclu MM-dən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi
hallarda da öhdəliyi şəxsən özü icra etməlidir. Digər hallarda isə öhdəliyi borclunun əvəzinə, üçüncü şəxs də
yerinə yetirə bilər. Beləliklə, üçüncü şəxsin iştirak etdiyi öhdəlik əmələ gəlir.
Öhdəliyin üçüncü şəxs tərəfindən icrasının kreditor üçün təfavütü yoxdur. Kreditor üçün əsas və vacib məsə-
lə odur ki, təki öhdəlik lazımınja icra edilsin. Ona görə də öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsinə
Dostları ilə paylaş: |