borcun köçürülməsi və ya öhdəliyin verilməsi adlanır.
Öhdəlikdə şəxslərin dəyişməsi təkjə tərəflərin sazişi, yəni tələbin güzəşti və borcun köçürülməsi kimi xüsusi
xarakterli sazişlər (əqdlər) əsasında həyata keçirilmir. Bu, həm də qanunda birbaşa nəzərdə tutula bilər. Belə
halda qanunda ifadə olunan göstəriş əsasında öhdəlikdə şəxslər dəyişdirilir, yəni kreditorun öhdəlik üzrə tələb-
ləri qanun əsasında başqa şəxsə güzəşt edilir: bu kimi hallara aiddir:
●
universal hüquq varisliyi (söhbət, hər şeydən əvvəl vərəsəlikdən gedir. Belə ki, miras qoyan öldükdə
onun tələb hüquqları, məsələn, hər hansı şəxsdən borcun qaytarılmasını tələb etmək hüququ vərəsələrinə keçir);
●
zaminlik (zamin borclunun əvəzinə kreditora borcu qaytarır; bu zaman borcludan kreditorun tələb etmək
hüququ zaminə keçir – MM-in 475-ji maddəsinin 1-ji bəndi);
●
üçüncü şəxsin kreditoru təmin etməsi (hər hansı üçüncü şəxs borclunun əvəzinə kreditora borcu ödəyir;
bu zaman kreditorun borcludan tələb etmək hüququ üçüncü şəxsə keçir – MM-in 431-ji maddəsinin 3-cü bəndi;
●
birgə borclulardan birinin öhdəliyi tam icra etməsi (kreditor qarşısında birgə öhdəliyi icra edən birgə
borcluya kreditorun digər borclulardan tələb etmək hüququ keçir – MM-in 509-cu maddəsinin 3-cü bəndi);
●
qanunda nəzərdə tutulan digər hallarda.
Kreditorun tələblərinin qanun əsasında başqa şəxsə güzəşt edilməsi hallarını nəzərdə tutan bu siyahı qəti xa-
rakterə malik olmayan təxmini siyahıdır. Belə ki, mümkün olan başqa hallar da yarana bilər.
Tələbin güzəşti öhdəlikdə şəxslərin dəyişməsinin mümkün olan iki halından biridir. Tələbin güzəştinin özü
iki formada həyata keçirilir:
●
sessiya (latınca «cessio» — âåðìÿê, ýöçÿøò åòìÿê) formasında;
●
subroqasiya (latınca «subroqare» — əvəz etmək, tamamlamaq, doldurmaq).
Sessiya tələbin güzəşt edilməsinin əsas forması hesab olunur. Bu anlayışı hələ Roma hüququ da tanıyırdı.
Roma hüququ sessiyanı tələb hüququnun bir şəxsdən digərinə keçməsi kimi nəzərdə tuturdu. Bu hüquq sessiya-
nın fəal sessiya və passiv sessiya kimi iki növünü fərqləndirirdi. Fəal sessiya öhdəlikdə kreditorun başqası ilə
ə
vəz edilməsini nəzərdə tuturdu. O, «tələblərin verilməsi» adı ilə də əhatə olunurdu. Passiv sessiyaya özgəsinin
403
borcunu kreditorun öz öhdəsinə götürməsi kimi anlayış verilirdi. Xarici ölkələrin (məsələn, Almaniyanın, s-
veçrənin, Hollandiyanın, taliyanın və s.) qanunvericiliyi də sessiya anlayışını tanıyır.
Dostları ilə paylaş: |