Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1264/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1260   1261   1262   1263   1264   1265   1266   1267   ...   1820
torun tələblərinin güzəşti üçün borclunun razılığı tələb olunmur (MM-in 194-cü maddəsinin 1-ji bəndi). La-

kin bəzi hallarda kreditor borclunun razılığı olmadan tələb hüququnu yeni kreditora verə bilməz. Həmin hallarda 

tələbi vermək üçün hökmən borclunun icazə verməsi tələb olunur. Əgər borcludan razılıq alınmazsa, onda sessi-

yanın şərti pozulur və həmin akt etibarsız hesab olunur. Xüsusən də kreditorun şəxsiyyətinin borclu üçün vacib 

ə

həmiyyət daşıdığı öhdəlik üzrə tələbin borclunun razılığı olmadan güzəşt edilməsinə yol verilmir. Məsələn, və-



təndaş  (kreditor)  rəssama  (borcluya)  özünün  portretinin  çəkilməsi  barədə  sifariş  verir.  Sifariş  verən  vətəndaşın 

şə

xsiyyətinin rəssam üçün vacib əhəmiyyəti vardır. Vətəndaş borclunun (rəssamın) razılığı olmadan portretin çə-



kilməsini tələb etmək hüququnu öz dostuna verə bilməz. Çünki onun dostu başqa tipli şəxs olub, rəssam üçün ma-

raq doğurmur. Başqa bir misalda qarantiya üzrə benefisiara (kreditora) mənsub olan və qarantdan tələb etmək hü-

ququ başqa şəxsə yalnız qarantın (borclunun) razılığı ilə verilə bilər (MM-in 482-ji maddəsi). Kreditorun şəxsiy-

yətinin borclu üçün vacib əhəmiyyət kəsb etməsinə görə aşağıdakı tələblər də borclunun razılığı olmadan güzəşt 

edilə bilməz: konsensual bağışlama müqaviləsi üzrə şəxs öz evsiz qohumuna mənzil bağışlayır və qohumun bu 

mənzilin ona verilməsini həmin şəxsdən (borcludan) tələb etmək hüququ; kirayə müqaviləsi üzrə kirayəçinin kira-

yəyə  verəndən  (borcludan)  əmlakın  verilməsini  tələb  etmək  hüququ;  kredit  müqaviləsi  üzrə  kredit  alan  şəxsin 

bankdan (borcludan) kreditin verilməsini tələb etmək hüququ və s. 

Bunlardan  başqa,  kreditor  və  borclu  arasında  razılaşmada  nəzərdə  tutula  bilər  ki,  kreditor  tələb  hüququnu 

borclunun razılığı olmadan başqa şəxsə verə bilməz. Əgər kreditor tələb hüququnu borclunun razılığı olmadan 

güzəşt edərsə, bu, hüquqi nəticə doğurmur və puç əqd sayılır. Borclunun razılıq verməsi birtərəfli əqddir. Bu-

na görə də belə halda sessiya üçtərəfli əqdə çevrilmir. 




 

404


Qeyd etmək lazımdır ki, sessiyanın etibarlı olması üçün o, üç əsas şərtə javab verməlidir. Bu şərtlər qanunda 

göstərilmişdir (MM-in 194-cü maddəsinin 1-ji bəndi). Onlara sessiyanın şərtləri deyilir.  

Sessiyanın birinji şərti ondan ibarətdir ki, o, öhdəliyin mahiyyətinə zidd olmamalıdır; əgər öhdəliyin mahiy-

yətinə sessiya zidd olarsa, onda sedent sessionara tələb hüququnu verə bilməz. Məsələn, bölünməz öhdəliklərdən 

irəli gələn tələb hüququnun bir hissəsinin (ayrı-ayrı tələblərin) başqa şəxsə verilməsi öhdəliyin mahiyyətinə ziddir 

(kirayə müqaviləsi üzrə bir otaqlı və ya minik avtomobilindən istifadə hüququnun bir hissəsinin başqa şəxsə veril-

məsini kirayəçi tələb edə bilməz və s.); bölünməz öhdəliklər odur ki, onlar yalnız tam icra olunur; bu öhdəliyin 

hissə-hissə icrası mümkün deyil. Şəxsi öhdəliklərdən irəli gələn tələb hüquqlarının verilməsi də öhdəliyin mahiy-

yətinə  ziddir.  Buna  görə  belə  hüquqların  başqa  şəxsə  verilməsi  (o  cümlədən  sessiya  yolu  ilə  verilməsi)  qeyri 

mümkündür. Məsələn, pensiya almaq hüququnun sessiya yolu ilə başqa şəxsə verilməsini hətta təsəvvür etmək ol-

mur. Xüsusən də icrası şəxsi bacarıq, ustalıq, sənətkarlıq və məharət, müəyyən halları qiymətləndirmək qabiliyyə-

ti  və  ya  müəyyən  etibar-nüfuz,  ad-san  tələb  edən  öhdəliklərdən  (müqavilələrdən)  irəli  gələn  tələb  hüquqlarının 

sessiya  qaydasında  başqa  şəxsə  verilməsi  istisna  edilir.  Məsələn,  filarmoniya  məşhur  və  tanınmış  müğənni  ilə 

konsert vermək barədə müqavilə bağlayır; bu müqavilədən müğənninin konsert vermək barədə filarmoniyadan tə-

ləb etmək hüququ yaranır. Aydın məsələdir ki, o, bu hüququ sessiya yolu ilə başqa şəxsə verə bilməz. 

Sessiyanın ikinci şərti ondan ibarətdir ki, kreditorun tələb hüququnu başqa şəxsə verməsi onun borclu ilə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1260   1261   1262   1263   1264   1265   1266   1267   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin