run və borclu şəxsin başqa biri ilə əvəz olunmasına öhdəlikdə şəxslərin dəyişməsi deyilir. Belə halda əv-
vəlki tərəf öhdəlik münasibətlərindən çıxır, onun yerini başqası tutur. Öhdəlikdən çıxan tərəfin bütün hüquq və
vəzifələri öhdəlik münasibətlərinə daxil olan yeni subyektə keçir. Bununla hüquq varisliyi yaranır. Amma öh-
dəliyin özü saxlanılır, yəni ləğv edilmir.
Söylədiklərimizdən belə nəticəyə gələ bilərik ki, öhdəliyin mövcud olduğu dövrdə onun subyekt tərkibinin
dəyişməsi mümkündür. Belə ki, ilkin kreditorun və ya ilkin borclunun əvəzinə, öhdəlik hüquq münasibətinə ye-
ni iştirakçı daxil ola bilər. Bununla öhdəlikdə şəxslər dəyişdirilir, başqa şəxslərlə əvəz olunur.
Öhdəlikdə şəxslərin dəyişdirilməsi iki halda baş verir: universal hüquq varisliyi zamanı; sinqulyar (qismən)
hüquq varisliyi əsasında. Universal hüquq varisliyi əsasında öhdəlikdə şəxslərin dəyişməsi halına hüquqi
şə
xslərin yenidən təşkil edilməsində və əmlakın vərəsəlik qaydasında vərəsələrə keçməsində rast gəlmək olar.
Belə halda hüquq varisinə yenidən təşkil olunan və ya ölən şəxsin bütün hüquq və vəzifələri məjmu halında, o
cümlədən konkret öhdəlik (məsələn, alqı-satqı, podrat, daşıma və s. öhdəliklər) üzrə hüquq (və ya vəzifə) da ke-
çir. Yeni iştirakçının, yəni hüquq varisinin konkret öhdəliyə daxil olması üçün hər hansı bir xüsusi sazişin bağ-
lanması tələb olunmur. Məsələn, ata minik avtomobili almaq məqsədilə qabaqjadan onun pulunu satıcıya ödə-
yir. Lakin avtomobili almamış o ölür. Ölməmişdən əvvəl atanın satıcıdan avtomobilin verilməsini tələb etmək
hüququ yaranmışdı. Bu tələb hüququ onun vərəsələrinə keçir, yəni vərəsələr avtomobilin verilməsini satıcıdan
tələb etmək hüququna malik olur. Sağlığında atanın qonşuya müəyyən pul məbləğində borcu olur və onun üçün
həmin borc məbləğini ödəmək vəzifəsi əmələ gəlir. Ata öldükdən sonra onun borcu ödəmək vəzifəsi də vərəsə-
lərə keçir.
Dostları ilə paylaş: |