öhdəlik anlayışı ilə əhatə olunur. Bu öhdəlik özünün subyekt tərkibi baxımından öhdəliklərin xüsusi xarakterli
növü hesab olunur.
Azərbaycan Respublikası MM-inin nəzərdə tutduğu üçüncü şəxslərin iştirak etdikləri öhdəlik konstruksiyası
Almaniya mülki qanunvericiliyinə də məlumdur. Özü də həmin analoci konstruksiyalar arasında həddən ziyadə
yaxınlıq və oxşarlıq vardır.
Üçüncü şəxslərin iştirak etdikləri öhdəliklərin üç yarımnövü fərqləndirilir:
●
üçüncü şəxslərin xeyrinə olan öhdəlik;
●
icra olunmuş borcun üçüncü şəxslərə həvalə olunması üzrə öhdəlik;
●
üçüncü şəxs tərəfindən icra edilən öhdəlik.
Dostları ilə paylaş: |