sedent yalnız sessionara verilən tələbin etibarsızlığı üçün məsuliyyət daşıyır. O, güzəşt edilən tələbin borclu
tərəfindən icra edilməsinə javabdeh deyildir. Lakin sedent tələbin borclu tərəfindən icra edilməsinə təminat verə
bilər. Bu, zaminlik vasitəsilə həyata keçirilir. Belə ki, o, borclu üçün sessionar qarşısında zamin durur. Bu hal-
da sedent borclunun öhdəliyi icra etməsinə görə məsuliyyət daşıyır.
Bununla belə, mövcud olan bütün tələb hüquqlarının hamısı sessiyanın predmeti ola bilməz. Bu, o demək-
dir ki, bəzi tələb hüquqlarının verilməsi və güzəşt edilməsi istisna olunur. Qanun bu hüquqların güzəşt edilmə-
sini yasaqlayır. Məsələn, kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqın-
da və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol
verilmir (MM-in 194-cü maddəsinin 3-cü bəndi). Qeyd etmək lazımdır ki, müqavilədən yaranan şəxsi xarakterli
hüquq başqa şəxsə sessiya yolu ilə verilə bilməz. Ona görə ki, bu hüquq öz təbiətinə görə sedentin şəxsiyyətin-
dən ayrılmazdır və onun sessionar ilə əvəz olunması borcludan tələb edilən icranın xarakterini dəyişir. Buna gö-
rə də aşağıdakı tələblər sessiyanın predmeti ola bilməz: renta müqaviləsi üzrə şəxsi ömürlük saxlamaq barədə
tələb; mənəvi zərərin kompensasiya edilməsi barədə tələb; vəsiyyət tapşırığının icrası barədə tələb və s.
stənilən öhdəlik hüququnun sessiyanın predmeti olması mümkündür. Belə ki, həm müqavilə öhdəliyindən,
həm də müqavilədənkənar öhdəlikdən (məsələn, delikt öhdəliyindən; əsassız varlanma öhdəliyindən) irəli gələn
öhdəlik hüquqları sessiya yolu ilə başqa şəxsə verilə bilər.
Bundan əlavə, tələbin güzəşti hüquqauyğun olmalıdır. Əgər o, qanuna və sessiyanın əsaslandığı əqdə (mü-
qaviləyə) zidd olarsa, kreditorun tələbin güzəşt etməsindən söhbət gedə bilməz. Tələbin güzəşti hüquqazidd ola
406
bilməz.
Tələbin güzəştinin ikinci forması subroqasiyadır. Subroqasiya sığorta hüququnda istifadə olunan anlayışdır.
SSR Ticarət Gəmiçiliyi Məcəlləsinin 229-cu və 281-ji maddələri bu anlayışı nəzərdə tuturdu. Lakin bu
məcəllədə «subroqasiya» termini işlədilmirdi. Subroqasiya Azərbaycan Respublikasının yeni Ticarət Gəmiçiliyi
Məcəlləsinə (TGM-ə) də məlumdur.
Subroqasiya institutunu «Sığorta haqqında» qanunun 37-ji maddəsi də nəzərdə tutur. Lakin bu qanunda da
«subroqasiya» terminindən istifadə olunmur. Nəhayət, MM-in 936-jı maddəsi subroqasiya institutunun hüquqi
təbiətini və xarakterini müəyyənləşdirir; bu maddədə «subroqasiya» terminindən istifadə olunur. Həmin norma-
da subroqasiya tələbin güzəştinin qanunda bilavasitə nəzərdə tutulan forması kimi müəyyənləşdirilir. O, öhdə-
likdə şəxslərin dəyişilməsinin xüsusi halıdır.
Dostları ilə paylaş: |