Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1274/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1270   1271   1272   1273   1274   1275   1276   1277   ...   1820
kreditora tələb hüququnun bütövlükdə yox, yalnız onun bir hissəsinin (faktiki həyata keçirilmiş ödəniş 

məbləği həcmində) keçməsini nəzərdə tutur

Öhdəlikdə şəxslərin dəyişməsinin ikinci halı borcun köçürülməsi (öhdəliyin verilməsi) adlanır. Borcun köçü-

rülməsi institutunun tarixi kökü qədim Roma hüququ ilə bağlıdır. Bu hüquq borcun köçürülməsinə öhdəlikdə 

bir borclunun digəri ilə əvəz edilməsi kimi anlayış verirdi.  

Azərbaycan Respublikasının MM-in 26-jı fəslinə daxil olan normalar (522-526-jı maddələr) borcun köçürül-

məsinin əsasları və qaydasını müəyyən edir. Borcun köçürülməsi dedikdə, öhdəlikdə borclunun üçüncü şəxs 



ilə əvəz edilməsi barədə kreditor, borclu və üçüncü şəxs arasında bağlanan saziş başa düşülür. Bu sazişin 

bağlanması üçün üç tərəfin, yəni borclunun, kreditorun və üçüncü şəxsin (yeni borclunun) öz iradələrini ifadə et-

mələri tələb olunur. Deməli, borcun köçürülməsi çoxtərəfli əqddir. Amma Almaniya mülki qanunvericiliyinə gö-

rə, borcun köçürülməsi iki yolla həyata keçirilir: birinji yola görə, kreditorla yeni borclu arasında müqavilə bağla-

nır (§ 414); ikinci yola görə, köhnə və yeni borclu arasında müqavilə bağlanır (§ 415), kreditor isə buna razılıq ve-

rir. Yaponiya qanunvericiliyinə görə, borcun köçürülməsi köhnə və yeni borclu arasında bağlanan borc öhdəliyi-




 

407


nin köçürülməsi barədə müqavilə əsasında həyata keçirilir. Amma kreditorun buna razılıq verməsi tələb olunur. 

Kreditorun şəxsiyyəti borclu üçün mühüm əhəmiyyət kəsb etmir. Öhdəliyin kimin üçün — yeni, yoxsa əv-

vəlki kreditor üçün icra  edilməsinin borclu şəxs üçün əhəmiyyəti və təvafütü  yoxdur.  Buna  görə  də, əvvəldə 

qeyd etdiyimiz kimi, müəyyən istisnalarla, kreditorun tələb hüquqlarının başqa kreditora güzəşti üçün borclu-

nun razılığı tələb olunmur (MM-in 194-cü maddəsinin 1-ji bəndi), yəni sessiyaya onun razılıq verib-verməməsi 

soruşulmur. Tələb hüququnun sessiyası barədə borcluya yalnız xəbər verilir. Öhdəlikdə borclu şəxs əvəz edil-

dikdə isə iş tamamilə başqa cür olur. Belə ki, kreditor üçün borclunun şəxsiyyəti mühüm əhəmiyyət kəsb edir. 

Borclunun şəxsiyyəti vəzifənin icrası üçün vacib elementdir. Kreditor borclu ilə öhdəlik münasibətlərinə girər-

kən həmin borcluya etimad göstərir, etibar edir, onun öhdəliyi icra etməyə imkanı və ödəmək qabiliyyətinə ma-

lik  olduğunu  güman  edir.  Borclunun  əvəzinə  öhdəlikdə  başqa  borclu  iştirak  etdikdə  isə  yeni  şəxs  kreditorda 

onun öhdəliyi lazımınja icra etməsinə inam yaratmaya da bilər. Buna görə də qanun müəyyən edir ki, öhdəlikdə 

borclunu üçüncü şəxs əvəz edərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur (MM-in 522-ji maddəsinin 2-ji 

bəndi). Bu, onunla izah olunur ki, kreditorun borclunun ödəmə qabiliyyətinə malik olmasında və onun öhdəliyi 

lazımınja icra etməsində marağı vardır. Beləliklə, öhdəlikdə borclunun üçüncü şəxslə əvəz edilməsinə kreditor 

icazə verməsə, borc köhnə borcludan yeni borcluya köçürülməmiş hesab edilir; kreditorun icazəsi olmadan heç 

kəs özünü üzərinə düşən öhdəlikdən azad edə bilməz. 

Borcun köçürülməsi üçün icazə müəyyən qayda əsasında alınır. Belə ki, hər şeydən əvvəl, borcun köçürül-

məsi barədə kreditora məlumat verilir. Bu məlumatı həm borclu, həm də üçüncü şəxs (yeni borclu) verə bilər. 

cazə vermək məqsədilə kreditora müəyyən vaxt müddəti verilir. Kreditor icazəni bu müddət ərzində verməli-

dir. Elə hallar da olur ki, kreditor bu müddət qurtaranadək icazə vermək barədə niyyətini bildirmir, susur. Bu, 

kreditorun icazə verməkdən imtina etməsini ifadə edir. 

Borcun köçürülməsinin əsasını, hər şeydən əvvəl, əqdlər (müqavilələr) təşkil edir. Bununla belə, borcun kö-

çürülməsinin əsası kimi qanunda nəzərdə tutulan hüquqi faktlar da çıxış edə bilər. Məsələn, universal hüquq va-

risliyi bu cür fakta misal ola bilər. Ata qonşudan borc alır. O, sağlığında borcu qaytarmır. Ata ölür. Borc öhdəli-

yində atanın (köhnə borclunun) yerini onun vərəsəsi (yeni borclu) tutur. Belə ki, vərəsə həmin borc məbləğini 

qonşuya ödəməlidir. Deməli, borcun köçürülməsi universal hüquq varisliyi (vərəsəlik) əsasında həyata keçirilir. 

Borcun  köçürülməsi  halında  öhdəliyin  məzmunu  (tərəflərin  hüquq  və  vəzifələri)  dəyişilmir.  Buna  görə  də 

yeni borclu kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə 

bilər (MM-in 524-cü maddəsi). 

Beləliklə,  yeni  borclu  əvvəlki  borclunun  əvəzinə  öhdəlik  hüquq  münasibətinə  daxil  olur.  Bununla  əvvəlki 

borclu öhdəlikdən azad edilir. O, öhdəlik hüquq münasibətindən çıxır. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1270   1271   1272   1273   1274   1275   1276   1277   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin