Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1277/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1273   1274   1275   1276   1277   1278   1279   1280   ...   1820
Hüquqi fakt mənasında müqavilə bir çox xüsusiyyətlərə malikdir. Belə ki, o, hüquqi fakt kimi mülki hü-

quq və vəzifələr əmələ gətirir, dəyişdirir və ya xitam edir. Bu baxımdan müqavilələr öhdəlik hüquq münasibət-

lərinin (öhdəliklərin) əmələ gəlməsini şərtləndirən hüquqi fakt kimi çıxış edir. Yaponiya mülki hüquq elmində 

göstərildiyi kimi, müqavilənin məqsədi, adətən, öhdəlik yaratmaqdan ibarətdir. Məsələn, tərəflər öz aralarında 

alqı-satqı müqaviləsi bağlayırlar. Bu müqavilə əsasında alqı-satqı öhdəliyi adlı mülki hüquq münasibəti əmələ 

gəlir.  


Lakin  bütün  hüquqi  faktların  hamısını,  istisnasız  olaraq,  müqavilə  hesab  etmək  olmaz.  Elə  hüquqi  faktlar 

vardır ki, onlar müqavilə hesab edilmir.  nsan iradəsindən asılı olmayaraq baş verən hüquqi faktlar, yəni hadisə-

lər (məsələn, tufan, təbii fəlakət, zəlzələ, təbii yanğın və s.) mülki hüquq və vəzifələr əmələ gətirsə də və ya on-

ları ləğv etsə də, müqavilə sayılmır. Ona görə ki, müqavilə həmişə iki və daha artıq şəxsin öz iradələrini ifadə 

etmələri nəticəsində bağlanır. Həmin şəxslərin iradə ifadəsi qarşılıqlı razılığa əsaslanır. Bu, onu göstərir ki, mü-

qavilə iradəvi aktdır

Bununla bərabər, şəxslərin istənilən hər hansı bir razılaşması və sazişi müqavilə hesab edilmir. Məsələn, iki 

və daha artıq şəxsin teatra, muzeyə, sərgiyə getməsi barədə razılığa gəlmələri halını mülki-hüquqi müqavilə he-

sab etmək olmaz. Tərəflərin sazişini və razılığını yalnız o halda müqavilə saymaq olar ki, həmin saziş və razılıq 

xüsusi olaraq hüquqi nəticə əldə edilməsinə (yəni mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilmə-

sinə və ya xitamına) yönəldilmiş olsun. Vətəndaşların kinoya, teatra və s. getmələri barədə sazişi hüquqi nəticə 

ə

mələ gətirmir, onlar üçün hər hansı bir hüquq və vəzifə yaratmır. Ona görə də bu cür saziş müqavilə sayılmır. 



Tərəflərin əmlakın alqı-satqısı, ev tikintisi, yük daşınması, borc verilməsi, əşyanın saxlanması və s. barədə sazi-

ş

i isə müqavilədir. Belə ki, bu cür hallarda tərəflər (alıcı-satıcı, sifarişçi-podratçı, yük göndərən-dpşıyıcı və s.) 



arasında hüquq və vəzifələr əmələ gəlir. Həmin hüquq və vəzifələr isə mülki hüquq normaları ilə tənzimlənir. 

Deməli, müqavilə tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xita-

mına, yəni hüquqi nəticə əldə olunmasına yönəldildiyinə görə əqddir. Bu xüsusiyyət əqd kimi müqavilənin bi-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1273   1274   1275   1276   1277   1278   1279   1280   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin