Müqavilənin müdafiə funksiyası tərəflərin müqavilə intizamını güjləndirməyin və ona əməl etməyin vacib
vasitəsidir. Müqavilə intizamının mahiyyəti tərəflərin onun bütün şərtlərinə dəqiq və dönmədən riayət etmələ-
rindən ibarətdir. Göstərilən funksiya məcburi icra, müdafiə və məsuliyyət tədbirlərindən istifadə etmək kimi
formalarda həyata keçirilir.
Müqavilənin informasiya funksiyasının mahiyyəti ondan ibarətdir ki, məhz bu funksiya sayəsində müqa-
vilənin bütün şərtləri barədə razılığa gələn tərəflərin iradələri dəqiq olaraq ifadə edilir. Bu isə imkan verir ki, tə-
rəflər öz hüquqi mövqelərini bilsinlər, habelə mübahisəli hallarda yurisdiksiya orqanları əsaslı və qanuni qərar-
lar qəbul etsinlər.
Müqavilənin əhəmiyyəti və rolu kifayət qədər böyükdür. Müqavilənin birinji əhəmiyyəti ondan ibarətdir ki,
o, əmtəə istehsalçıları ilə istehlakçıların ümumi iradəsini ifadə edən formadır. Müqavilə onların xüsusi ma-
raq və mənafelərinin balansını əks edən konstruksiyadır.
Müqavilənin ikinci əhəmiyyəti ondan ibarətdir ki, o, iqtisadi dövriyyədə sabitliyi, mütəşəkkilliyi və qay-
danı təmin edir. Müqavilə tərəflərin qarşılıqlı maraq və mənafe prinsipinə əsaslanır. O, hər iki tərəfin mənafeyi-
nin təmin olunmasına imkan verir. Müqavilənin hüdudlarında hər bir tərəfin tələbatı (mənafeyi) yalnız digər tə-
rəfin mənafeyinin təmin olunması vasitəsilə ödənilir.
Müqavilənin üçüncü əhəmiyyəti ondan ibarətdir ki, onun əsasında tələb ilə təklif arasındakı zəruri balans
Dostları ilə paylaş: |