hüquqi kateqoriyadır. O, həm də iradəvi münasibətlərdir ki, bu, iqtisadi münasibətlərin, əmtəə dövriyyəsinin
məzmununu ifadə edir. Bu aspektdən isə müqavilə iqtisadi kateqoriya kimi çıxış edir. qtisadi-hüquqi kateqo-
riya kimi müqavilə dedikdə, iqtisadi münasibətlərin məzmununu ifadə edən hüquqi rəsmiləşdirmə forması (va-
sitəsi) başa düşülür.
Almaniya Mülki Qanunnaməsində müqaviləyə (Vertrag) leqal anlayış verilmir. Müqaviləni xarakterizə edər-
kən tez-tez qanunnamənin 305-ji paraqrafına istinad edirlər: müqavilə öhdəliyin əmələ gəlməsi və ya dəyişməsi
üçün zəruri olan əqddir.
Almaniya mülki hüquq doktrinasında müqaviləyə müxtəlif elmi (doktrinal) anlayışlar verilir. Professor
Q.Y.Muselyakın fikrinjə, müqavilə partnyorların arasındakı hüquq münasibətinin razılıq əsasında tənzimlənmə-
sidir. Professor H.Haynriks müqaviləyə hüquqi nəticəyə nail olmaq barədə iki və ya daha artıq şəxsin razılaşdı-
rılmış iradəsi kimi anlayış verir. O, müqavilənin üç əlamətini fərqləndirir: birinjisi, müqavilə əqddir; ikincisi,
müqavilə hüquqi nəticə əldə edilməsinə yönəlir; üçüncüsü, müqavilə, iradə vəhdətinin olmasını tələb edir.
Dostları ilə paylaş: |