müqavilə bağlamaq vəzifəsi nəzərdə tutula bilər. Məsələn, pul məbləği və ya başqa daşınar əşya renta ödənil-
məsi üçün verildiyi hallarda, renta ödəyijisinin öhdəliyi lazımınja icra etməsi məqsədilə onun məsuliyyət risqini
renta alanın xeyrinə sığortalamaq vəzifəsi müəyyənləşdirilir. Belə hallarda renta ödəyijisinin borcudur ki, sığor-
ta təşkilatı ilə sığorta müqaviləsi bağlasın (MM-in 869-cu maddəsinin 2-ji bəndi). Başqa bir misalda girov qo-
yanın borcu və vəzifəsidir ki, girov qoyulmuş əmlakı sığorta etdirsin (MM-in 283-cü maddəsinin 1-ji bəndi).
Göstərilən hər iki məqamda mülki hüquq subyekti qanunun göstərişləri əsasında müqavilə bağlamağa məjbur
edilir. Bununla da müqavilə azadlığı prinsipinin birinji təzahür forması məhdudlaşır.
Müqavilə azadlığı prinsipinin birinji təzahür formasının hüquqi əhəmiyyətə malik olması nəticəsində planlı
təsərrüfat həyatı şəraitinə uyğun gələn «təsərrüfat müqavilələri» adlı konstruksiyanın tətbiqi aradan qaldırıldı.
Bu cür müqavilələr «əmrə əsaslanan» sovet iqtisadiyyatı üçün xarakterik idi. Əvvəlki sovet qanunvericiliyinə
görə, mülki hüquq subyektləri təsərrüfat müqavilələri bağlamağa məjbur edilirdilər. Təsərrüfat müqaviləsi bağ-
lamaq vəzifəsi müxtəlif plan və inzibati-hüquqi aktlarda nəzərdə tutulurdu. Məsələn, təsərrüfat müqavilələrinin
ə
sası hesab edilən tədarük müqavilələri hər iki tərəf üçün məcburi olan məhsul bölgüsünə dair plan aktı ilə bağlı
idi (1964-cü il MM-in 254-cü maddəsi).
Müqavilə azadlığı prinsipinin ikinci təzahür forması (aspekti) ondan ibarətdir ki, müqavilə bağlanarkən tə-
rəflər öz partnyorlarını seçməkdə tam sərbəstliyə və müstəqilliyə malikdirlər. Subyekti onun arzulamadığı
və istəmədiyi hər hansı bir mülki (əmlak) dövriyyə iştirakçısı ilə müqavilə bağlamağa, onu özünə partnyor, yəni
tərəf müqabili seçməyə məjbur etmək olmaz. O öz mülahizəsinə və istəyinə görə mümkün olan subyektlər dai-
rəsindən birini özünə partnyor seçir. Məsələn, vətəndaş pul vəsaitini əmanətə qoyarkən öz partnyorunu, yəni
kredit təşkilatını (bankı) seçməkdə müstəqildir. O, istədiyi banka əmanətə pul qoya və bunun üçün bank əmanə-
ti (depozit) müqaviləsi bağlaya bilər.
Müqavilə azadlığı prinsipinin üçüncü təzahür forması (aspekti) ondan ibarətdir ki, mülki hüquq subyektləri
Dostları ilə paylaş: |