rini müəyyən etməkdə müqavilə bağlayan tərəflərə tam sərbəstlik və müstəqillik verilmişdir. Kənardan
hər hansı bir şəxs müqavilə şərtləri barədə müqavilə iştirakçılarına göstəriş verə bilməz. Onlar müqavilə şərtlə-
rini özlərinin mənafelərini nəzərə almaqla, özlərinin mülahizəsinə görə müəyyən edirlər. Müqavilə şərtləri tə-
rəflərin istəyi ilə müəyyənləşdirilir (MM-in 390-jı maddəsinin 5-ji bəndi). Lakin bəzi hallarda müqavilə şərtləri-
ni tərəflərin öz istəyi əsasında müəyyən etmək hüququ məhdudlaşdırılır. Bu, o deməkdir ki, MM-də müqavilə-
nin hər hansı bir şərtinin məzmunu barədə konkret göstəriş olduğu hallarda, tərəflər sərbəst və müstəqil surətdə
həmin müqavilə şərtinin məzmununu özləri müəyyən edə bilməzlər (MM-in 390-jı maddəsinin 5-ji bəndi). Mə-
sələn, dövlət inhisarında olan mallar (neft məhsulları) satılarkən müqavilənin şərti kimi qiymət dövlət tərəfin-
dən tənzimlənən tariflər əsasında müəyyən edilir. Yaşayış evinin alqı-satqı müqaviləsi yazılı formada bağlanır
və notariat qaydasında təsdiqlənir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır (MM-in 647-ji
maddəsi). Faktorinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ji maddəsinin 5-ji bəndi). Bu, o deməkdir
ki, tərəflər forma barədə müqavilə şərtini pozaraq, bu müqaviləni şifahi formada bağlamaq barədə razılığa gələ
bilməzlər.
Müqavilə azadlığı prinsipi, şübhəsiz ki, mütləq xarakter daşımır. Tərəflər müqavilə şərtlərini müəyyənləşdi-
rərkən mütləq hüquqlara malik deyillər. Belə ki, onların bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə
ifadə olunan imperativ normalara (məcburi qaydalara) uyğun gəlməlidir (MM-in 390-jı maddəsinin 2-ji bəndi).
Mövcud qanunvericilik dedikdə, həm qanunlar, həm də digər hüquqi aktlar (prezident fərmanları, Nazirlər Ka-
binetinin qərarları və s.) başa düşülür. Əgər müqavilə onun bağlandığı vaxt qüvvədə olan normativ hüquqi
Dostları ilə paylaş: |