kinci qrup şərtlər o şərtlərdir ki, onlar MM-də bəzi müqavilə növləri üçün zəruri və ya mühüm şərtlər
adlandırılmış olsun. Məsələn, MM-in 869-cu maddəsinin 2-ji bəndi nəzərdə tutur ki, renta ödəyijisinin öz öh-
dəliklərinin icrasına təminat vermək vəzifəsini müəyyənləşdirən şərti renta müqaviləsinin (pul məbləğinin və ya
digər daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin) mühüm şərti hesab edilir.
Üçüncü qrup mühüm şərtlər odur ki, tərəflərdən birinin müraciəti ilə həmin şərt barəsində razılıq əldə
edilsin. Bu, onu ifadə edir ki, tərəflərdən birinin istəyi və arzusu ilə müqavilənin hüquqi təbiətini ifadə etmə-
yən, MM-də mühüm sayılmayan hər hansı bir şərt mühüm şərt hesab edilir. Məsələn, satılan əşyanın çeşidi al-
qı-satqı müqaviləsinin mühüm şərti hesab edilmir. Bunu MM nəzərdə tutmur. Lakin satılan əşyanın çeşidi alıcı
üçün mühüm və vacib əhəmiyyət kəsb edə bilər. Ona görə də alıcı satılan əşyanın çeşidi barədə şərti müqavilə-
nin mühüm şərti hesab edilməsi barədə satıcıya müraciət edir. Tərəflərin razılığı ilə əşyanın çeşidi müqavilənin
mühüm şərti hesab olunur.
Müqavilənin mühüm şərtləri iki yerə ayrılır: qanuna əsaslanan mühüm şərtlər; təşəbbüsə əsaslanan mühüm
şə
rtlər. Qanuna əsaslanan mühüm şərtlər (obyektiv şərtlər) dedikdə, MM ilə təyin edilən və müəyyənləşdiri-
lən şərtlər başa düşülür. Məsələn, müqavilənin predmeti haqqında şərt bu cür şərtə misal ola bilər. Təşəbbüsə
ə
Dostları ilə paylaş: |