Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1298/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1294   1295   1296   1297   1298   1299   1300   1301   ...   1820
Müqavilənin predmeti bütün müqavilələrin mühüm şərti hesab olunur. Onun müəyyən edilməsi barədə tə-

rəflər razılığa gəlməsələr, onda bu hal müqavilənin bağlanmamış sayılmasına dəlalət edir. Başqa sözlə desək, 

ə

gər müqavilənin predmetinin nədən ibarət olması müəyyən edilməsə, bu, o deməkdir ki, müqavilə bağlanma-



mışdır. Ona görə də müqavilə iştirakçılarının borcudur ki, müqavilənin predmeti kimi çıxış edən obyekti müəy-

yən etsinlər. Müqavilənin bu kimi mühüm şərti predmetin adını, onun kəmiyyət və keyfiyyət xarakteristikasını 

ə

hatə edir. Əgər satıcı ilə alıcı hansı əşyanın satılmasını müəyyənləşdirsələr, onda alqı-satqı müqaviləsi bağlan-



mış hesab edilir. Əgər podratçı (tikinti təşkilatı) ilə sifarişçi hansı obyektin tikintisi barədə razılığa gəlməsələr, 

onda podrat müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Əgər borc verənlə borc alan hansı məbləğdə 

pulun borc verilməsi barədə razılığa nail olmasalar, bu halda müqavilə bağlanmamış hesab edilir. Əgər dpşıyıcı 

(nəqliyyat təşkilatı) ilə yük göndərən hansı yükün göndərilməsi barədə öz aralarında razılıq əldə etməsələr, on-

da daşıma müqaviləsi bağlanmamış sayılır.  

Müqavilənin predmeti kimi çox vaxt əşyalar çıxış edir. Məsələn, alqı-satqı, pərakəndə alqı-satqı, mal gön-

dərmə, icarə, kirayə, lizinq və s. müqavilələrin predmetini əşya (mal) təşkil edir. Müqavilənin predmetini borclu 

tərəfin etməli olduğu hərəkətlər də təşkil edə bilər. Hərəkətlər dedikdə, həm hüquqi xarakterli (məsələn, komis-

siya müqaviləsinin predmetini hüquqi hərəkətlər təşkil edir), həm də faktiki xarakterli hərəkətlər (məsələn, sax-

lama müqaviləsinin, daşıma müqaviləsinin predmeti kimi faktiki hərəkətlər çıxış edir) başa düşülür. Hüquqi xa-

rakterli və faktiki xarakterli hərəkətlər birlikdə bəzi müqavilələrin (məsələn, ticarət agenti müqaviləsinin) pred-

meti kimi çıxış edə bilər. Bəzi müqavilələrin (məsələn, borc və kredit müqavilələrinin və s.) predmetini pul təş-

kil edir. Elə müqavilə növü ilə (məsələn, faktorinq müqaviləsi ilə) rastlaşırıq ki, onun predmeti tələb hüququn-

dan ibarətdir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1294   1295   1296   1297   1298   1299   1300   1301   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin