rtlər barədə tərəflərin hər hansı bir xüsusi razılıq əldə etmələri tələb olunmur. Bundan əlavə, əgər tərəf-
lər adi müqavilə şərtləri barədə razılığa gələrsə, onda bu cür razılıq heç bir praktiki nəticəyə səbəb olmur. Belə
ki, qanunda ifadə olunan göstərişə görə müqavilənin adi şərtləri razılıq olmadan da müqaviləyə daxil
edilmiş hesab olunur. Belə təsəvvür yaranır ki, adi şərtlər müvafiq normativ aktda nəzərdə tutulur və bu şərtlər
müqavilə bağlanan anda avtomatik olaraq qüvvəyə minir. Güman edilir ki, əgər tərəflər hər hansı bir müqavilə
bağlamaq barədə razılıq əldə edərlərsə, bu hərəkətlə onlar həmin növ müqaviləni tənzimləyən qanunvericilik
aktlarında nəzərdə tutulan şərtlər barədə sazişə nail olurlar. Məsələn, podrat müqaviləsi bağlanarkən sifarişçi ilə
podratçı (tikinti təşkilatı) görülmüş işin (məsələn, yaşayış evinin) təsadüfən məhv olması risqi barədə razılığa
gəlmirlər. Lakin bu şərt barədə tərəflərin xüsusi saziş və razılığının olmaması müqavilənin bağlanmış sayılma-
sına və hüquqi qüvvəyə minməsinə dəlalət etmir. Belə halda həmin şərti tənzimləmək üçün MM-in 772-ji mad-
dəsinə istinad etmək lazımdır. Bu maddəyə görə, görülmüş işin təsadüfən məhv olması risqi işin sifarişçiyə ve-
rildiyi vaxtadək podratçının üzərinə düşür. şin nəticəsinin sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfi məhv ol-
ma risqi də ona keçir. Deməli, görülmüş işin təsadüfən məhv olması risqi barədə şərt podrat müqaviləsinin adi
şə
rtidir.
Başqa bir misalda vətəndaş öz qonşusuna mebel satır və onunla alqı-satqı müqaviləsi bağlayır. Lakin müqa-
vilədə mebelin qiyməti göstərilmir. Müqavilədə bu cür şərtin nəzərdə tutulmaması onun bağlanmış sayılmasına
və hüquqi qüvvəyə malik olmasına təsir göstərmir. Ona görə ki, belə halda MM-in 597-ji maddəsinin 1-ji bən-
dində və 398-ji maddəsinin 3-cü bəndində ifadə olunan göstəriş tətbiq edilir. Belə ki, mebellə müqayisəyə gələn
və ona oxşar olan malların qiyməti əsas götürülür və nəzərə alınır. Göründüyü kimi, qiymət barədə şərt müqavi-
lədə nəzərdə tutulmasa da, müqavilə hüquqi qüvvəyə və əhəmiyyətə malik oldu. Deməli, qiymət müqavilənin
Dostları ilə paylaş: |