Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1309/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1305   1306   1307   1308   1309   1310   1311   1312   ...   1820
3. Müqavilənin forması 

Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkjə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa 

gəlmələri kifayət etmir və yetərli deyildir. Bunun üçün həm də tərəflərin razılığının tələb edilən formada ifa-

də olunması gərəkdir. Qanun müəyyən edir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olu-

nan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (MM-in 405-ji maddəsinin 1-ji bəndi). 

Müqavilənin forması qanunla tənzimlənir (MM-in 406-jı maddəsi). Qanun bu barədə müəyyən qayda müəy-



 

419


yən edir. Hər şeydən əvvəl, MM-də bəzi müqavilə növləri üçün müəyyən forma təyin edilə bilər. Məsələn, fak-

torinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ji maddəsinin 5-ji bəndi). Qanun daşınmaz əşyaların al-

qı-satqı müqaviləsinin yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsi nəzərdə tutur, yəni bu 

növ müqavilə üçün notarial forma müəyyən edir (MM-in 647-ji maddəsi). Qanun renta müqaviləsi üçün yazılı 

forma, daşınmaz əmlakın rentaya  verilməsi hallarında isə renta müqaviləsi üçün notarial forma nəzərdə tutur 

(MM-in 865-ji maddəsi). 

 Bununla bərabər, elə müqavilə növləri vardır ki, onlar üçün Mülki Məcəllə müəyyən forma müəyyən etmir. 

Belə hallarda həmin müqavilə növlərinə əqdlərin forması barədə ümumi qaydalar tətbiq edilir (MM-in 329-334-

cü maddələri). Bu, onunla izah olunur ki, müqavilə əqdin bir növüdür. Bunu nəzərə alaraq, qanun müəyyən edir 

ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər (MM-in 406-jı maddəsi-

nin 1-ji bəndi). 

Müqavilələr, əsasən, sadə yazılı formada bağlanır. Bu cür formalı əqdin etibarlı olması üçün müqavilə bağ-

layan  tərəflərin  imzaları  olmalıdır.  mzalandığı  andan  sadə  yazılı  müqavilə  bağlanmış  sayılır  (MM-in  407-ji 

maddəsinin 2-ji bəndi). Sadə yazılı formada bağlanan müqavilələrə aiddir: 

 zaminlik müqaviləsi (MM-in 471-ji maddəsi); 



 faktorinq müqaviləsi (MM-in 655-ji maddəsinin 5-ji bəndi); 

 françayzinq müqaviləsi (MM-in 727-ji maddəsi); 



 lizinq müqaviləsi (MM-in 748-ji maddəsinin 1-ji bəndi); 

 ticarət nümayəndəsi haqqında müqavilə (MM-in 789-cu maddəsinin 3-cü bəndi); 



 bank əmanəti müqaviləsi (MM-in 946-jı maddəsinin 1-ji bəndi); 

 bank hesabı müqaviləsi (MM-in 955-ji maddəsinin 1-ji bəndi) və s. 



Müqavilələr notarial formada da bağlana bilər, yəni yazılı formada bağlanmış müqavilələr notariat qayda-

sında təsdiqlənir. Təsdiqetmə müqavilənin şərtlərini ifadə edən sənədə notariusun (və ya digər vəzifəli şəxslə-

rin) təsdiqləyiji qeyd etməsi yolu ilə həyata keçirilir.  ki halda müqavilə notariat qaydasında təsdiqlənir: 

 birinjisi, əgər müqavilənin notarial qaydada təsdiq edilməsi MM-də nəzərdə tutulmuşsa (məsələn, MM 



daşınmaz əşyaların alqı-satqı müqaviləsi, daşınmaz əmlakın rentaya verilməsini nəzərdə tutan renta müqa-

viləsi üçün notarial forma müəyyənləşdirir); 

 ikincisi, müqavilə bağlayan tərəflərin qarşılıqlı razılığı ilə (MM ilə həmin növ müqavilələr üçün notari-



al forma nəzərdə tutulmuş olmasa da). 

Elə müqavilələr vardır ki, həmin müqavilələrdən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələb 

olunur. Başqa sözlə desək, bu hüquqlar hökmən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Mə-

sələn, daşınmaz əşyaların alqı-satqı müqaviləsi (o cümlədən daşınmaz əşyalar üzrə renta müqaviləsi) dövlət re-

yestrində qeydiyyata götürülür. Əgər bu müqavilələr dövlət qeydiyyatına alınmazsa, onda müqavilə puç (əhə-

miyyəti olmayan) əqd kimi etibarsız sayılajaqdır. 

Tərəflər müqavilənin forması barədə əlavə tələblər də müəyyən edə bilərlər. Bu cür tələblərə aiddir: müqavi-

lənin müəyyən formalı blanklardan istifadə etməklə bağlanması; müqaviləni möhürlə təsdiqləmə və s. Möhürlə 

təsdiqlənmiş müqavilə bəzi ölkələrdə, məsələn, ABŞ-da əsas müqavilə növlərindən biri kimi tanınır. Bu müqa-

viləyə görə, tərəflər müqaviləni tərtib etdikdən sonra onu imzalayır və möhürlə təsdiqləyirlər. 

Yazılı formalı müqavilələr iki üsulla bağlanır: 

 birinji üsul bir sənəd tərtib etməkdən ibarətdir; 



 ikinci üsul sənədlər mübadiləsindən ibarətdir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1305   1306   1307   1308   1309   1310   1311   1312   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin