Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1310/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1306   1307   1308   1309   1310   1311   1312   1313   ...   1820
Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun məzmununu ifadə edir. Müqavilə bağlayan tərəflər onu im-

zalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. 



Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabi-

tə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tə-

rəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Bu yolla müqavilə bağlanarkən elektron rabitəsin-

dən  də  istifadə  oluna  bilər;  belə  müqavilə  elektron  formada  bağlanmış  müqavilə  adlanır.  Bu  müqavilənin 

bağlanması zamanı elektron imzadan istifadə olunur. Onların bağlanması ilə bağlı məsələlər «Elektron imza 

və elektron sənəd haqqında» qanunla (2004), habelə «Elektron ticarət haqqında» qanunla (2005) tənzimlənir. 

Bəzən də elə olur ki, tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində razılığa gəldikləri halda, hə-

min müqavilə növü üçün Mülki Məcəllədə bu cür forma nəzərdə tutulmur. Belə məqamda tərəflərin borcudur 

ki, müqaviləni nəzərdə tutduqları formaya salsınlar. Yalnız bundan sonra müqavilə bağlanmış sayılır (MM-in 

403-cü maddəsinin 2-ji bəndi). 

Müqavilənin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına dəlalət edir. Müqavilənin nota-

rial formasına riayət edilməməsi də onun etibarsızlığına səbəb olur. Bu cür müqavilələr puç əqd kimi hüquqi 




 

420


ə

həmiyyətə malik olmur; çünki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə 

riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ji bəndi) 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1306   1307   1308   1309   1310   1311   1312   1313   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin