Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1304/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1300   1301   1302   1303   1304   1305   1306   1307   ...   1820
güzar dövriyyə adətləri də müqavilənin adi şərtinə şamil edilir. Bəzi hallarda o, müqavilənin adi şərti 

kimi müqavilə bağlayan tərəflərin münasibətini tənzim edə bilər. Lakin bunun üçün vacibdir ki, müqavilə şərti 

onun  iştirakçıları  tərəfindən  və  ya  dispozitiv  norma  ilə  müəyyənləşdirilməsin  (MM-in  390-jı  maddəsinin  7-ji 




 

416


bəndi). 

Təsadüfi şərtlər dedikdə, ümumiyyətlə, hüquq normaları ilə tənzimlənməyən məsələlər barəsində tərəflərin 

razılığa gəldikləri şərtlər və ya dispozitiv normalarda ifadə olunan ümumi qaydalardan kənaraçıxma haqqında 

onların sazişi başa düşülür. Bu şərtlər müqavilə bağlayan subyektlərin özləri tərəfindən formulə edilir. Özü də 

həmin şərtlər qanunda ifadə olunan ümumi qaydaları dəyişdirmək və ya onlara əlavə etmək niyyətilə müqavilə-

yə daxil edilir. Bu cür şərtin müqaviləyə daxil edilməsi güman edilmir və zənn olunmur, yəni ehtimala əsaslan-

mır. Adi şərtlərdən fərqli olaraq, təsadüfi şərtlər yalnız müqaviləyə daxil edildikdə hüquqi qüvvəyə malik 



olur. Bu şərtlərin təyinatı adi şərtləri dəyişdirməkdən və ya ona əlavələr etməkdən ibarətdir. 

Belə  təsəvvür  yaranır  ki,  adi  şərtlərdən  fərqli  olaraq,  təsadüfi  şərtlər  barədə  tərəflərin  razılığa  gəlmələri 

məcburi xarakter daşıyır. Bu şərtlər hökmən müqavilənin mətninə daxil edilməlidir. Əgər bu şərtlər müqavilədə 

nəzərdə tutulmazsa, adi şərtlər kimi avtomatik olaraq hüquqi qüvvəyə malik olmur. Məsələn, alqı-satqı müqavi-

ləsi haqqında normalar (MM-in 29-cu fəslinin 1-ji paraqrafı) satılmış əşyanın alıcıya çatdırılmasını təmin edən 

nəqliyyat vasitəsi və onun növü haqqında məsələni qaydaya salmır. Alıcı və satıcı əşyanın hava yolu ilə çatdı-

rılması barədə razılığa gəlirlər. Bu, alqı-satqı müqaviləsinin təsadüfi şərtidir. 

MM-in 571-ji maddəsinin 1-ji bəndinə görə, alqı-satqı müqaviləsinə əsasən satılan əşyanın təsadüfən məhv 

olması risqi əşya alıcıya təhvil verildiyi andan alıcıya keçir. Bu, dispozitiv normadır. Özü də müqavilənin adi 

şə

rtini nəzərdə tutur və ümumi qayda müəyyən edir. Alıcı və satıcı bu ümumi qaydadan kənara çıxaraq, belə ra-



zılığa  gəlirlər  ki,  satılan  əşyanın  təsadüfən  məhv  olması  risqi  alqı-satqı  müqaviləsi  bağlandığı  andan  alıcıya 

keçsin. Bax, bu şərt adi şərti dəyişdirir və müqavilənin təsadüfi şərti hesab edilir. Beləliklə, bu cür şərt müəyyən 

etməklə tərəflər ümumi qaydadan kənara çıxırlar. Qanun tərəflərə bu cür imkan verir. Belə ki, müqavilənin şərti 

dispozitiv norma ilə müəyyənləşdirildiyi hallarda, tərəflər qarşılıqlı razılıq əsasında onun tətbiqindən imtina et-

mək  və  yaxud  onun  nəzərdə  tutduğundan  fərqli  şərt  müəyyənləşdirmək  hüququna  malikdirlər  (MM-in  390-jı 

maddəsinin 6-jı bəndi).  

Mühüm, adi və təsadüfi şərtlərdən başqa, müqavilənin standart şərtləri də mövcuddur. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1300   1301   1302   1303   1304   1305   1306   1307   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin