adi şərtidir.
Ümumiyyətlə, qiymət bütün əvəzli müqavilələrin adi şərti hesab edilir. Əgər qanunda nəzərdə tutularsa, on-
da qiymət əvəzli müqavilənin mühüm şərti hesab edilir. Qiymət, bir qayda olaraq, tərəflərin razılığı ilə müəy-
yən edilir. Qanunda nəzərdə tutulan hallarda iki qaydada qiymət müəyyən edilir: müəyyənləşdirmə qaydasında;
tənzimetmə qaydasında. Birinji halda qiymət müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir. Müəyyənləş-
dirilən qiymətlər konkret qiymətləri ifadə edir. Tənzimlənən qiymətləri də dövlət orqanı müəyyən edir. Bu, qiy-
mətlərin müəyyən bir hədd səviyyəsini ifadə edir. Əgər dövlət orqanı tariflər, normalar, dərəjələr müəyyən
edərsə, bu, tənzimlənən qiymətlər hesab edilir. Onlar tərəflər üçün məcburidir.
Qiymət haqqında şərt konkret qiyməti müəyyənləşdirmək yolu ilə nəzərdə tutula bilər. Tərəflər başqa variant
da seçə bilərlər. Belə ki, onlar bu halda anjaq qiymətin müəyyən edilməsi qaydası barədə razılığa gəlirlər. Bu,
müqavilənin qiyməti barədə tərəflərin razılığa gəlmələrini ifadə edir. Qiymət manatla ifadə edilir. Əgər münasi-
bətlərdə xarici şəxslər (heç olmazsa, biri) çıxış edərsə, onda müqavilənin qiyməti xarici valyutada da ifadə olu-
na bilər. Əgər bu, qanunla qadağan edilibsə, qiymət xarici valyutada müəyyənləşdirilə bilməz (MM-in 439-cu
maddəsinin 1-ji bəndi).
Elə hallar da olur ki, müqavilədə qiymət göstərilmir və müqavilə şərtlərinə əsasən onu müəyyənləşdirmək
mümkün olmur. Belə halda qiymət müqavilənin predmeti olan əşyaya (və ya hərəkətlərə, yəni işlərə, xidmətlə-
rə) müqayisəyə gələ bilən oxşar mallar (və ya oxşar hərəkətlər) üçün alınan qiymət əsasında müəyyənləşdirilir
(MM-in 398-ji maddəsinin 3-cü bəndi).
Bəzi münasibətlərdə müqavilənin qiyməti bazar qiymətini ifadə edir. Məsələn, komisyonçu komitentin ona
verdiyi malı (məsələn, komisyon mağazasına qoyulmuş minik avtomobilini) özü üçün ala bilər. Belə halda mal-
ların bazar qiymətindən istifadə etməklə müqavilənin qiymətini müəyyənləşdirmək olar (MM-in 816-jı maddə-
sinin 1-ji bəndi). Bazar qiymətləri dedikdə, bazarda satılan malın faktiki qiymətləri başa düşülür.
Dostları ilə paylaş: |