Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1297/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1293   1294   1295   1296   1297   1298   1299   1300   ...   1820
ləşdirilir. Bəzi istisna hallarda müqavilənin konkret şərtinin məzmunu qanunla və digər hüquqi aktlar ilə müəy-

yən olunur. Biz bu barədə bundan əvvəlki paraqrafda danışmışıq.  




 

414


Hüquq ədəbiyyatında öz hüquqi əhəmiyyətinə görə bütün müqavilə şərtlərini üç yerə bölürlər: 

 mühüm şərtlərə; 



 adi şərtlərə; 

 təsadüfi şərtlərə. 



Müqavilənin bağlanması üçün zəruri olan və kifayət edən şərtlərə müqavilənin mühüm şərtləri deyilir. Bu, 

müqavilənin məcburi şərti hesab edilir. Bu, o deməkdir ki, müqavilənin bağlanmış sayılması üçün onun bütün 

mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri tələb olunur. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba-

rəsində razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (MM-in 405-ji maddəsinin 1-ji bəndi). Əgər müqavilənin 

mühüm şərtlərindən heç olmazsa, biri barədə tərəflər razılığa gəlməzsə, onda müqavilənin bağlanmasından söh-

bət gedə bilməz. Ona görə də zəruridir ki, hansı müqavilə şərtlərinin mühüm şərt hesab edilməsi müəyyənləşdi-

rilsin. Bunun üçün mülki qanunvericilik müəyyən qayda müəyyən  edir ki, bu, MM-in 405-ji maddəsinin 1-ji 

bəndində nəzərdə tutulmuşdur. Həmin qaydaya görə, müqavilənin mühüm şərtlərinə üç qrup şərt daxil edilir: 

 müqavilənin predmetinə dair şərtlər; 



 MM-də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər; 

 tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1293   1294   1295   1296   1297   1298   1299   1300   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin