§ 2. Müqavilənin məzmunu və forması
1. Müqavilənin məzmunu
Mülki-hüquqi müqavilə anlayışı üç vacib elementdən ibarətdir:
●
subyekt tərkibindən;
●
məzmundan;
●
formadan.
Subyekt tərkibi dedikdə, müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak
edən şəxslər başa düşülür. Buraya, əsasən, müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin dpşıyıcıları olan
şə
xslər daxildir. Söhbət kreditor və borclu şəxsdən gedir. Onlar müqavilənin tərəfləri adlanırlar. Bununla bəra-
bər, həm kreditor tərəfində, həm borclu tərəfində çıxış edən şəxslər müqavilənin subyekt tərkibinə aiddirlər.
Müqavilənin məzmununa gəldikdə isə, hər şeydən əvvəl, qeyd edək ki, hüquqi fakt kimi müqavilənin məz-
munu anlayışını, öhdəlik hüquq münasibətini əhatə və ifadə edən müqavilənin məzmunu anlayışından fərqlən-
dirmək lazımdır. Öhdəlik hüquq münasibətini əhatə edən müqavilənin məzmunu dedikdə, müqavilə bağla-
yan tərəflərin hüquq və vəzifələri başa düşülür. Məsələn, alqı-satqı müqavilə öhdəliyində satıcının əşyanı alıcı-
ya vermək, onu sığortalamaq vəzifəsi, alıcının əşyanı qəbul edib, əvəzində pul məbləği ödəmək vəzifəsi, habelə
onların hər ikisinin hüquqları (məsələn, satıcının əşyanın pulunu alıcıdan tələb etmək hüququ, alıcının əşyanın
verilməsini satıcıdan tələb etmək hüququ və s.) müqavilənin məzmununu təşkil edir.
Hüquqi fakt (əqd) kimi müqavilənin məzmununa gəldikdə isə qeyd etmək lazımdır ki, müqavilə bağlayan tə-
rəflərin öz aralarında razılığa gəldikləri və nail olduqları şərtlərin məjmusu müqavilənin məzmununu təşkil edir.
Bəzi müəlliflər tərəflərin hüquq və vəzifələrini də hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu-
na daxil edirlər. Bu fikir, şübhəsiz ki, həqiqətdən uzaqdır. Ona görə ki, tərəflərin hüquq və vəzifələri, yuxarıda
göstərdiyimiz kimi, öhdəlik hüququ münasibətini ifadə edən müqavilənin (hüquqi fakt rolunda çıxış edən mü-
qavilənin yox) məzmununa daxildir.
Beləliklə, hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu dedikdə, şərtlərin elə bir məj-
Dostları ilə paylaş: |