musu başa düşülür ki, bu şərtlər müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflərin barə-
sində razılığa gəldikləri həmin şərtlər əsasında müqavilənin məzmunu açıqlanır. Müqavilə şərtləri müvafiq hü-
quq münasibətini, onun subyektini və predmet tərkibini, habelə qiyməti və müddəti və s. konkretləşdirməyə im-
kan verir.
Müqavilənin şərtləri tərəflərin davranışının iradəvi modelidir. Ona görə ki, müqavilə tərəflərin sazişi de-
məkdir. K.Marksın göstərdiyi kimi, müqavilə tərəflərin öz iradələrini hüquqi cəhətdən ifadə etdikləri son
nəticədir. Digər tərəfdən iqtisadi münasibətlər, hər şeydən əvvəl, mənafe və maraq kimi təzahür edir, yəni bu
münasibətlər özlərini mənafe və maraq anlayışında ifadə edir. Ayrı-ayrı şərtlər isə tərəflərin konkret mənafe və
maraqlarının hüquqi cəhətdən iradəvi ifadəsidir. Bu, tərəflər arasında hüquqi əlaqə yaradan müqavilənin müəyyən
komponentinə aid olan maraqdır. Məsələn, alıcı üçün əldə olunan əşyanın keyfiyyəti, sərnişin üçün təyyarənin
uçuş vaxtı və s. xüsusi maraq doğurur.
MM-in 390-jı maddəsinin 5-ji bəndinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi və razılığı ilə müəyyən-
Dostları ilə paylaş: |