Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1295/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1291   1292   1293   1294   1295   1296   1297   1298   ...   1820
§ 2. Müqavilənin məzmunu və forması 

1. Müqavilənin məzmunu 

Mülki-hüquqi müqavilə anlayışı üç vacib elementdən ibarətdir:  

 subyekt tərkibindən;  



 məzmundan; 

 formadan.  



Subyekt  tərkibi  dedikdə,  müəyyən  müqavilənin  bağlanmasında  və  ya  onun  həyata  keçirilməsində  iştirak 

edən şəxslər başa düşülür. Buraya, əsasən, müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin dpşıyıcıları olan 

şə

xslər daxildir. Söhbət kreditor və borclu şəxsdən gedir. Onlar müqavilənin tərəfləri adlanırlar. Bununla bəra-



bər, həm kreditor tərəfində, həm borclu tərəfində çıxış edən şəxslər müqavilənin subyekt tərkibinə aiddirlər.  

Müqavilənin məzmununa gəldikdə isə, hər şeydən əvvəl, qeyd edək ki, hüquqi fakt kimi müqavilənin məz-

munu anlayışını, öhdəlik hüquq münasibətini əhatə və ifadə edən müqavilənin məzmunu anlayışından fərqlən-

dirmək lazımdır. Öhdəlik hüquq münasibətini əhatə edən müqavilənin məzmunu dedikdə, müqavilə bağla-

yan tərəflərin hüquq və vəzifələri başa düşülür. Məsələn, alqı-satqı müqavilə öhdəliyində satıcının əşyanı alıcı-

ya vermək, onu sığortalamaq vəzifəsi, alıcının əşyanı qəbul edib, əvəzində pul məbləği ödəmək vəzifəsi, habelə 

onların hər ikisinin hüquqları (məsələn, satıcının əşyanın pulunu alıcıdan tələb etmək hüququ, alıcının əşyanın 

verilməsini satıcıdan tələb etmək hüququ və s.) müqavilənin məzmununu təşkil edir.  

Hüquqi fakt (əqd) kimi müqavilənin məzmununa gəldikdə isə qeyd etmək lazımdır ki, müqavilə bağlayan tə-

rəflərin öz aralarında razılığa gəldikləri və nail olduqları şərtlərin məjmusu müqavilənin məzmununu təşkil edir. 

Bəzi müəlliflər tərəflərin hüquq və vəzifələrini də hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu-

na daxil edirlər. Bu fikir, şübhəsiz ki, həqiqətdən uzaqdır. Ona görə ki, tərəflərin hüquq və vəzifələri, yuxarıda 

göstərdiyimiz kimi, öhdəlik hüququ münasibətini ifadə edən müqavilənin (hüquqi fakt rolunda çıxış edən mü-

qavilənin yox) məzmununa daxildir.  

Beləliklə, hüquqi fakt (əqd) rolunda çıxış edən müqavilənin məzmunu dedikdəşərtlərin elə bir məj-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1291   1292   1293   1294   1295   1296   1297   1298   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin