bəb olur. Hüquqdan sui-istifadə xüsusi xarakterli mülki hüquq pozuntusudur. Subyekt formal olaraq müqavilə
azadlığı prinsipinə əsaslanaraq, onu konkret şəkildə həyata keçirərkən öz hərəkəti ilə başqa şəxsin qanunla qo-
runan mənafeyini və hüququnu pozur. Məsələn, vətəndaş aylıq 10%-lə qonşusuna borc pul verir. Hal-hazırda
banklar aylıq 2%-lə kredit verir və aylıq 10 %-lə borc vermək bank faizinin dərəjəsinə uyğun gəlmir. Ona görə
də bu cür borc müqaviləsi bağlamaq hüquqdan sui-istifadədir, yəni hüquq pozuntusudur.
Almaniya Mülki Qanunnaməsi müqavilə azadlığı barədə ayrıja paraqraf nəzərdə tutmur (Azərbaycan Res-
publikası MM-inin 390-jı maddəsinin müəyyənləşdirdiyi qaydada). Amma buna baxmayaraq, sivilistika doktri-
nası MQ-də ifadə olunan göstərişlərə əsaslanmaqla müqavilə azadlığı prinsipini formulə edir. Bu prinsip əhatə
edir:
●
müqavilə bağlamaq azadlığını (Abschlussfreiheit);
●
müqavilənin məzmununu müəyyənləşdirmək azadlığını (Gestaltungsfreiheit);
●
müqavilə tipini seçmək azadlığını (Formfreiheit).
Bununla belə, müqavilə azadlığı prinsipini sui-istifadə hallarından qorumaq və sosial dövlətin mənafeyini mü-
dafiə etmək üçün bu prinsip məhdudlaşdırıla bilər. Yaponiya MM-də də müqavilə azadlığı prinsipini ifadə edən
ayrıja maddəyə rast gəlmirik. Amma Yaponiya mülki hüquq doktrinası müqavilə bağlama azadlığı prinsipini mü-
ə
yyənləşdirir, onun məhdudlaşdırılması qaydasını göstərir.
Dostları ilə paylaş: |