çılarına şans verilir ki, onlar öz istəyinə uyğun gələn müqavilə növünü bağlasınlar. Subyektlər həm MM-də nə-
nəzərdə tutulmamışdır və yaxud MM rabitə xidməti, baytarlıq xidməti, tibbi xidmət, hüquqi xidmət, auditor xid-
412
məti, birgə fəaliyyət və digər hüquqi konstruksiyaları tənzimləmir. Subyektlər bu cür müqavilələrdən də istifadə
edə bilərlər. Lakin bu cür hüquqi konstruksiyalar MM-ə zidd ola bilməz (MM-in 390-jı maddəsinin 1-ji bəndi).
Mövcud qanunvericilik bütün müqavilə növlərini nəzərə almaq və tənzimləmək iqtidarında deyil. Ona görə
ki, formalaşmaqda olan bazar münasibətləri dinamik surətdə inkişaf edir. Bu münasibətləri qaydaya salmaq və
rəsmiləşdirmək üçün, şübhəsiz ki, yeni-yeni müqavilə növlərinin yaranmasına həmişə ehtiyac olajaqdır. Ona
görə də mülki qanunvericilik mülki-hüquqi müqavilə növlərinin dəqiq və qəti siyahısını yox, təxmini siya-
hısını verir. Lakin subyektlər buna baxmayaraq, həmin siyahıda adı çəkilməyən və nəzərdə tutulmayan müqa-
vilə növlərindən istifadə edə bilərlər. Onlar öz aralarındakı münasibətə həm də qarışıq (kompleks) müqavilə ad-
lı hüquqi konstruksiyanı tətbiq edə bilərlər. Qarışıq (kompleks) müqavilə elə bir hüquqi formadır ki, o özündə
müxtəlif müqavilələrin elementlərini birləşdirir (MM-in 390-jı maddəsinin 4-cü bəndi).
Müqavilə azadlığı prinsipinin dördüncü təzahür forması (aspekti) ondan ibarətdir ki, müqavilənin şərtlə-
Dostları ilə paylaş: