6. Müqavilə iştirakçısının (tərəfinin) mənafeyi üçün
və üçüncü şəxsin xeyrinə müqavilə
Kimin mənafeyi üçün müqavilə bağlanması əlamətinə və meyarına görə müqavilələrin iki növü fərqlən-
dirilir: müqaviləni bağlayan tərəfin xeyrinə müqavilə; üçüncü şəxsin xeyrinə müqavilə. kinci növ müqaviləyə
nisbətən birinji növ müqaviləyə real həyatda daha çox hallarda rast gəlinir. Onların xüsusi çəkisi müqayisəedil-
məz dərəjədə daha çoxdur.
Müqaviləni bağlayan tərəfin xeyrinə müqavilə odur ki, bu müqavilədə hüquq və vəzifələr yalnız onu bağ-
layan tərəflər üçün əmələ gəlir və həmin tərəflər də, bir qayda olaraq, müqavilənin icrasını tələb etmək ixtiyarı-
na malik olurlar. Məsələn, alqı-satqı, icarə, dəyişmə, kirayə, daşıma və s. müqavilələrdə iki tərəf iştirak edir,
hüquq və vəzifələr də həmin tərəflər üçün əmələ gəlir və bu cür müqavilələrin icrasını tələb etmək hüququ onla-
ra məxsus olur. Bununla bərabər, real həyatda elə müqavilələrə rast gəlirik ki, bu müqavilə növləri onların bağ-
lanmasında iştirak etməyən, lakin onların icrasını tələb etmək hüququna malik olan şəxslərin mənafeyi üçün
bağlanır. Bu cür müqavilələr üçüncü şəxsin xeyrinə müqavilə adlanır.
Dostları ilə paylaş: |