Konsensual müqavilələr odur ki, bu cür müqavilələrin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün
mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri yetərlidir. Başqa sözlə desək, bu müqavilələrin bağlanması
üçün yalnız tərəflərin razılığı kifayətdir. Tərəflər razılıq əldə etdikləri andan onlar üçün hüquq və vəzifələr əmələ
gəlir. Onların hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri və sazişə nail olmalarından sava-
yı, hər hansı hərəkətin edilməsi (məsələn, digər müqavilə tərəfinə əmlak verilməsi) tələb olunmur.
Konsensual müqavilələrin dairəsi kifayət qədər genişdir. Bu müqavilələrin xüsusi çəkisi real müqavilələrə
nisbətən xeyli dərəjədə çoxdur. Alqı-satqı, pərakəndə alqı-satqı, mal göndərmə, dəyişmə, tapşırıq, kirayə, icarə,
borc, kredit, əvəzsiz istifadə, komissiya, podrat, turist xidmətlərinin göstərilməsi haqqında, renta və digər mü-
qavilələr konsensual müqavilə növünə şamil edilir.
Dostları ilə paylaş: |