Microsoft Word mulki huquq doc


Dövlət qeydiyyatına alınması t



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1371/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1367   1368   1369   1370   1371   1372   1373   1374   ...   1820
Dövlət qeydiyyatına alınması tələb olunan müqavilələrin bağlanması haqqında qaydanın mahiyyəti on-

dan ibarətdir ki, müqavilə üzrə hüquqların dövlət qeydiyyatına alınması nəzərdə tutulan müqavilələr, bu hüquq-

ların qeydə alındığı  andan bağlanmış sayılır. Dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 

Dövlət reyestrində qeydə alınmalı olan müqavilələrin dairəsi qanunla müəyyən edilir: daşınmaz əmlakın alqı-

satqı müqaviləsi (MM-in 647-ji maddəsi); daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqa-

viləsi (MM-in 866-jı maddəsi); daşınmaz əmlakın ipotekası haqqında müqavilə (MM-in 309-cu maddəsinin 1-ji 

bəndi) və s. Bu cür müqavilələrin dövlət reyestrində qeydiyyata alınması anı həmin müqavilələrin bağlanması 

məqamını  ifadə  edir.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  dövlət  reyestrində  dövlət  qeydiyyatına  alınması  tələb 

olunan müqavilələr onların notariat qaydasında təsdiqlənməsi ilə müşayiət edilir. Məsələn, yuxarıda göstərdiyi-

miz  renta  və  alqı-satqı  kimi  müqavilələr  dövlət  reyestrində  dövlət  qeydiyyatına  alınmamışdan  əvvəl  hökmən 

notariat qaydasında təsdiqlənir. Lakin belə hallarda müqavilənin notariat qaydasında təsdiqlənməsi müqavilənin 

bağlanmış hesab edilməsinə dəlalət etmir və müqaviləni bağlayan tərəflər üçün hüquq və vəzifələr yaratmır. 

Notarial formalı elə müqavilələr vardır ki, bu müqavilələr onların dövlət reyestrində qeydə alınması ilə mü-

ş

ayiət olunmur,  yəni bu müqavilələrin notariat qaydasında təsdiqlənməsindən sonra daşınmaz əmlakın dövlət 



reyestrində qeydiyyata alınması tələb edilmir. Bu cür müqavilələrə misal olaraq MM-in 329-cu maddəsinin 1-ji 

bəndində nəzərdə tutulan qaydada tərəflərin qarşılıqlı razılığı ilə bağlanan müqavilələri göstərmək olar. Belə ki, 

MM-də bəzi müqavilələr üçün notarial forma nəzərdə tutulmur.  Lakin müqavilə bağlayan tərəflərin qarşılıqlı 

razılığı ilə müqavilə notariat qaydasında təsdiqlənə bilər. Məsələn, MM borc müqaviləsi üçün notarial forma 

müəyyənləşdirmir. Lakin borc verənlə borc alan borc müqaviləsinin notariat qaydasında təsdiqlənməsi barədə 

razılığa gəlirlər. Belə hallarda, yəni tərəflərin qarşılıqlı razılığı ilə müqavilə notarial formada bağlandıqda, mü-

qavilə notariat qaydasında təsdiqləndiyi andan bağlanmış hesab edilir. 

Müqavilənin bağlandığı yer də mühüm əhəmiyyətə malik olan məsələlərdəndir. MM-in 411-ji maddəsi bu 

məsələnin nizama salınmasına həsr edilmişdir. Müqavilənin bağlandığı yer tərəflərin razılığı ilə müqavilədə 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1367   1368   1369   1370   1371   1372   1373   1374   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin