müqavilənin məcburiliyi və icra olunması prinsipini təsbit edir (pacta sunt servanda). Bu prinsip müqavilə
hüququnun əsas və fundamental prinsiplərindən biridir.
Müqavilənin onun bağlanması anından qüvvəyə minməsi haqqında qaydadan müəyyən hallarda istisnaya yol
verilir (MM-in 399-cu maddəsinin 2-ji bəndi). Belə ki, tərəflər bağladıqları müqavilənin hüquqi qüvvəsinin
müqavilə bağlanana qədər yaranan real faktiki münasibətlərə də şamil edilməsi barədə razılığa gələ bi-
lərlər. Məsələn, mülkiyyətçi əmlakı icarəçiyə icarəyə verir və onlar arasında faktiki icarə münasibətləri (hüquq
münasibətləri yox) əmələ gəlir. Bir müddətdən sonra onlar öz aralarında icarə müqaviləsi bağlayırlar. Bu müqa-
vilənin şərtləri tərəflərin razılığı ilə müqavilə bağlanana qədər yaranmış faktiki, yəni real icarə münasibətlərinə
tətbiq edilə bilər. Adətən, tərəflərin bu cür razılaşması əmlakın verilməsi üzrə real münasibətlərlə bağlı olur.
Dostları ilə paylaş: |