Hərrajın predmeti yalnız müqavilə bağlamaq hüququndan ibarət ola bilər. Məsələn, binanı icarəyə ver-
mək müqaviləsini bağlamaq hüququ hərrajın predmeti kimi çıxış edə bilər. Belə hallarda tərəflərin borcudur ki,
həmin müqaviləni onlar hərraj qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən gej olmayaraq
imzalasınlar (MM-in 415-ji maddəsinin 6-jı bəndi). Bildirişdə bu müqaviləni imzalamaq üçün başqa müddət də
nəzərdə tutula bilər.
Hərrajın predmeti kimi çıxış edən müqavilə bağlamaq hüququnun həyata keçirilməməsinə görə hər iki tərəf
mülki-hüquqi məsuliyyət daşıyırlar. Axı, bu müqaviləni bağlamaq hər iki tərəfin vəzifəsi hesab edilir. Bu vəzi-
fənin yerinə yetirilməməsi mülki-hüquqi məsuliyyətə səbəb olur. Belə ki, onlardan biri müqavilə bağlamaq-
dan boyun qaçırdıqda, müvafiq tərəfin həmin müqaviləni bağlamağa digər tərəfi məjbur etmək tələbi ilə
Dostları ilə paylaş: |