Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1380/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1376   1377   1378   1379   1380   1381   1382   1383   ...   1820
nın istədiyi vaxt hərrajın keçirilməsindən imtina etmək ixtiyarı vardır (MM-in 415-ji maddəsinin 3-cü bən-

di). Özü də dərhal qeyd etməliyik ki, bu hüquqdan yalnız açıq hərraj təşkilatçısı, yəni açıq auksion və açıq mü-

sabiqə təşkilatçısı istifadə edə bilər. Qanun qapalı hərraj (qapalı auksion və qapalı müsabiqə) təşkilatçısına bu 

cür  hüquq  vermir.  Əgər  qapalı  hərraj  təşkilatçısı  bildiriş  göndərdikdən  sonra  hərrajın  keçirilməsindən  imtina 

edərsə, onda bu hal pozuntu hesab edilir və o, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəyir. 

Açıq hərraj təşkilatçısına gəldikdə isə qeyd etmək lazımdır ki, qanun ona istənilən vaxt hərrajın keçirilməsin-

dən imtina etmək hüququ vermişdir. Lakin bu hüquq mütləq, qeyri-məhdud xarakter daşımır. Belə ki, onun bu 



 

440


hüququ qanunla nəzərdə tutulan müddətlə məhdudlaşır. Açıq auksion təşkilatçısı auksionun keçirilməsi gününə 

yalnız ən geji üç gün qalmış, açıq müsabiqə təşkilatçısı isə müsabiqənin keçirilməsinə yalnız ən geji otuz gün 

qalmış imtina etmək hüququndan istifadə edə bilərlər. Əgər göstərilən müddətləri pozmaqla təşkilatçı hərrajın 

keçirilməsindən imtina edərsə, onda bu hal mülki hüquq pozuntusu hesab edilir. Təşkilatçı bu cür məqamlar-

da iştirakçılara dəyən real zərərin əvəzini ödəyir.  mtina barədə qanunun göstərişi dispozitiv xarakterə ma-

likdir. Belə ki, hərrajın keçirilməsi barədə bildirişdə ayrı qayda da nəzərdə tutula bilər. Beləliklə, açıq hərraj 

təşkilatçısı yalnız nəzərdə tutulan müddətlərdə, yəni tələb olunan müddətə əməl etməklə hərrajın keçirilməsin-

dən imtina edə bilər. Qapalı hərraj təşkilatçısı isə müddətdən asılı olmayaraq, bu cür hüquqdan məhrumdur. 

Təkjə hərraj təşkilatçısı yox, həm də iştirakçılar müəyyən vəzifə daşıyırlar. Beh vermək onların daşımalı oldu-

ğ

u əsas vəzifədir. Bu cür vəzifə, əsasən, iki təyinatla şərtlənir. Beh verilməsinin birinji təyinatı hərrajın keçirilməsi 



nəticəsində əmələ gələn öhdəliyin icrasını təmin etməkdən ibarətdir. Onun ikinci təyinatı hərrajda jiddi olmayan 

subyektlərin iştirakının qarşısını almaqdan ibarətdir. 

Behin məbləği, onun verilmə müddəti və qaydası hərrajın keçirilməsi haqqında bildirişdə göstərilir. Elə hal-

lar olur ki, hərraj keçirilmir. Belə halda beh qaytarılır. Hərrajda iştirak edən, lakin onu udmayan şəxslərin də 

behi onların özlərinə qaytarılır.  

Hərrajı udmuş şəxsin verdiyi beh məbləği ona qaytarılmır. Belə ki, onunla müqavilə bağlanır və həmin beh 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1376   1377   1378   1379   1380   1381   1382   1383   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin