hissə-hissə icrasından imtina edilməsi adlanır (MM-in 421-ji maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd et-
məliyik ki, belə imtinaya qanun və ya tərəflərin razılaşması ilə yol verildikdə, müqavilə ləğv edilə və ya dəyiş-
dirilə bilər. Əgər qanunda və ya müqavilədə (tərəflərin razılaşmasında) imtina haqqında qayda nəzərdə tutul-
mazsa, müqavilənin göstərilən əsasla (üsulla) dəyişdirilməsindən və ləğv edilməsindən söhbət gedə bilməz.
MM-də bəzi müqavilə növləri üçün birtərəfli imtina qaydasında müqavilənin ləğv edilməsi nəzərdə tutulmuş-
dur: tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqavilədən birtərəfli qaydada imtina edə bilər
(MM-in 786-jı maddəsinin 1-ji bəndi); ticarət agenti haqqında müqavilənin hər bir iştirakçısı bəzi hallarda istə-
nilən vaxt birtərəfli qaydada müqavilədən imtina edə bilər (MM-in 795-ji maddəsinin 1-ji bəndi); komissiya
müqaviləsinin hər hansı iştirakçısı istənilən vaxt müqavilədən birtərəfli qaydada imtina edə bilər (MM-in 821-ji
maddəsinin 2-ji bəndi); hədiyyə verən bağışlama müqaviləsindən birtərəfli qaydada imtina edə bilər (MM-in
673-cü maddəsi); əvəzsiz istifadə müqaviləsi üzrə kirayəyə verən müqavilədən birtərəfli qaydada imtina edə bi-
lər (MM-in 737-ji maddəsi); borc verən bəzi hallarda borc müqaviləsindən birtərəfli qaydada imtina edə bilər
(MM-in 743-cü maddəsi); bank hesabı müqaviləsi müştərinin tələbi ilə birtərəfli qaydada ləğv edilə bilər (MM-
in 969-cu maddəsinin 1-ji bəndi); mal göndərmə müqaviləsi mühüm dərəjədə pozulduqda tərəflərdən hər biri
müqavilənin birtərəfli dəyişdirilməsini və ya onun icrasından birtərəfli imtina olunmasını tələb edə bilərdi
(MM-in qüvvədən düşmüş 644-cü maddəsi).
Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin üçüncü üsulunun mahiyyəti ondan ibarətdir ki, tərəflər
müqavilə və ya qanunla onlara verilmiş hüququ gerçəkləşdirərək, müqavilədən birtərəfli qaydada heç bir dəlil,
motiv, arqument gətirmədən imtina edirlər. Müqavilədən imtina müqavilənin icrasından imtina etməyi ifadə
edir. Müqavilənin icrasından imtina isə iki cür olur: müqavilənin tamamilə icrasından birtərəfli imtina; müqavi-
lənin hissə-hissə (qismən) icrasından birtərəfli imtina. Müqavilənin tamamilə icrasından imtina dedikdə, elə
bir hüquqi fakt başa düşülür ki, bunun əsasında müqavilə ləğv edilir. Müqavilənin qismən icrasından imtina
dedikdə, müqavilənin ləğv edilməsinə yox, anjaq onun dəyişdirilməsinə əsas olan hüquqi fakt başa düşülür. Be-
ləliklə, birinji hal (tamamilə icradan imtina) müqavilənin ləğv edilməsinə, ikinci hal (qismən icradan imtina) isə
müqavilənin dəyişdirilməsinə səbəb olur.
Yeri gəlmişkən, müqavilənin icrasından birtərəfli imtina hüququnu müqaviləni ləğv etmək haqqında tələb
hüququndan fərqləndirmək lazımdır. Belə ki, müqavilənin icrasından birtərəfli imtina məhkəməyə müraciət
olunmadan həyata keçirilir. O, imtina faktının özünün yerinə yetirilməsi ilə müqavilənin dəyişdirilməsinə və ya
ləğv olunmasına səbəb olur.
Şə
Dostları ilə paylaş: |