Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1396/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1392   1393   1394   1395   1396   1397   1398   1399   ...   1820
törədən təqsirkar tərəf mülki-hüquqi məsuliyyətə jəlb edilir. Özü də dərhal qeyd etməliyik: yalnız o tərəf 

məsuliyyət daşıyır ki, o, müqaviləni mühüm (əhəmiyyətli) dərəjədə pozsun və bu, müqavilənin dəyişdirilməsinə 

və ya ləğv edilməsinə əsas versin. Bu halda təqsirkar tərəf digər tərəfə, yəni müqabil tərəfə müqavilənin dəyiş-

dirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Başqa sözlə desək, o, dəyən zərərin əvə-

zinin ödənilməsi formasında mülki-hüquqi məsuliyyət daşıyır. 

Müqavilə dəyişdirildiyi və ya ləğv edildiyi halda həmin müqavilədən əmələ gələn öhdəliyin dəyişdirilməsi 

və  ya  xitam  olunması  anının  müəyyən  edilməsini  mülki  qanunvericilik  xüsusi  qaydada  tənzimləyir  (MM-in 

424-cü maddəsinin 3-cü bəndi). Öhdəliyin dəyişdirilməsi və ya ləğv edilməsi anının müəyyənləşdirilməsi hüqu-

qi əhəmiyyətə malik olan vacib məsələdir. Ona görə ki, öhdəlikdə iştirak edən tərəflərin hüquq və vəzifələrinin 

dəyişdirilməsi və ya ləğv edilməsi məhz bu anla bağlı olur. 

Göstərilən an müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından (üsullarından) asılı olaraq müəy-

yən edilir. Belə ki, əgər müqavilə tərəflərin sazişi (razılığı) üsulu ilə dəyişdirilərsə və ya ləğv edilərsə, onda bu 

barədə tərəflərin saziş bağladıqları andan öhdəliklər dəyişdirilmiş və ya ləğv edilmiş hesab edilir. Belə ki, mü-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1392   1393   1394   1395   1396   1397   1398   1399   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin