Üçüncü qaydadan müqavilənin tamamilə və ya qismən icrasından birtərəfli imtina edildiyi və bununla mü-
qavilə ləğv edildiyi və dəyişdirildiyi hallarda istifadə olunur. Bu qaydaya görə, müqaviləni dəyişdirmək və ya
ləğv etmək üçün maraqlı tərəf kontragentə müqavilənin icrasından birtərəfli imtina edilməsi barədə yazılı və ya
ş
ifahi formada bildiriş verir. Məsələn, bank hesabı müqaviləsi müştərinin ərizəsi üzrə istənilən vaxt birtərəfli
qaydada ləğv edilə bilər (MM-in 969-cu maddəsinin 1-ji bəndi). Bəzi hallarda müqavilənin birtərəfli qaydada
ləğv edilməsi müvafiq tərəfin yazılı xəbərdarlıq edilməsi ilə müşayiət edilir, yəni əvvəljə yazılı xəbərdarlıq edi-
lir, bundan sonra müqavilə ləğv olunur. Məsələn, ticarət agenti müqaviləsinə görə, tərəflərdən biri öz vəzifələri-
ni mühüm dərəjədə pozan digər tərəfə bu barədə yazılı xəbərdarlıq edir. O, müəyyənləşdirilmiş müddət qurtar-
dıqdan sonra da öz vəzifələrini pozmaqda davam edərsə, müqavilə birtərəfli qaydada ləğv edilir (MM-in 795-ji
maddəsinin 1-ji bəndinin 1-ji yarımbəndi).
Müqavilənin icrasından birtərəfli imtina edilməsi barədə maraqlı şəxsin kontragentə verdiyi bildiriş poçt, te-
leqraf, teletayp, telefon, elektron rabitəsi və ya bildirişin maraqlı şəxsdən gəldiyini dürüst müəyyənləşdirməyə
imkan verən digər rabitə vasitəsilə çatdırıla bilər.
Dostları ilə paylaş: |