nin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra olunanlar qaytarılmır (MM-in 424-cü mad-
dəsinin 4-cü bəndi). Tərəflərin ixtiyarı çatmır ki, öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb etsinlər. Bu-
nunla öhdəliyin icra olunan hissəsinin hüquqi taleyi və müqəddəratı həll olunur. Məsələn, ev sahibi rayon yerin-
dən şəhərə təhsil almaq üçün gəlmiş tələbəyə mənzil kirayəyə verir. Tərəflər beş aydan sonra razılığa gəlirlər ki,
növbəti aydan başlayaraq, kirayə haqqı iyirmi faiz azaldılsın, yəni müqavilə dəyişdirilsin. Belə halda kirayəçi
tələbənin ixtiyarı yoxdur ki, müqavilə dəyişildiyi aya kimi (yəni beş ay) kirayəyə verənə (ev sahibinə) ödədiyi
artıq məbləğin qaytarılmasını tələb etsin. Bununla belə, göstərilən bu qayda dispozitiv xarakterə malikdir. Belə
ki, qanunda və ya tərəflərin razılığı ilə ayrı qayda da nəzərdə tutula bilər. Məsələn, yuxarıdakı misalda tərəflər
beş aylıq artıq məbləğin kirayəçiyə qaytarılması barədə razılığa gəlirlər.
Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin üçüncü hüquqi nəticəsi ondan ibarətdir ki, pozuntu
Dostları ilə paylaş: |