Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1403/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1399   1400   1401   1402   1403   1404   1405   1406   ...   1820
qı-satqı müqaviləsi haqqında 1980-ci il Vyana konvensiyası mühüm yer tutur. Bu konvensiya həmin sənədi 

imzalayan dövlətlərin iştirak etdiyi xarici ticarət sahəsində alqı-satqı üzrə münasibətləri bilavasitə tənzim edir. 

Alqı-satqını beynəlxalq-hüquqi unifikasiya edən Vyana konvensiyası 1988-ci il yanvarın 1-dən qüvvəyə min-

mişdir. Keçmiş SSR  dövləti 1990-jı ildə müəyyən şərt əsasında (müqavilənin hər hansı formada bağlanması 

qaydasını istisna edən şərtlə) bu sənədi imzalamışdı. Konvensiyaya indiyə kimi 66 dövlət, o cümlədən 6 MDB 

dövləti (RF, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Özbəkistan) qoşulmuşdur. 

Beynəlxalq  miqyasda  alqı-satqı  hüququnu  unifikasiya  etmək  işinin  ideyası  Ernest  Rableyə  məxsusdur.  Bu 

işə hələ 1926-jı ildə Beynəlxalq Hüquq  nstitutu tərəfindən başlanılmışdı.  kinci Dünya müharibəsi həmin işin 

davam etdirilməsinə mane oldu.  şin bərpa edilməsi yalnız 1951-ci ildə mümkün ola bildi. 

Qeyd etməliyik ki, Vyana konvensiyasının AR-in yeni MM-nə təsiri böyükdür. Bunun nəticəsində yeni MM-

də alqı-satqının məzmunu köhnə 1964-cü il MM-ə nisbətən mühüm dərəcədə dəyişilmişdir. Bu onunla izah olu-

nur  ki,  MM  hazırlanarkən  alqı-satqının  beynəlxalq  tənzimləməsində  xarici  dərəcə,  hər  şeydən  əvvəl,  Vyana 

konvensiyasının  müddəaları  nəzərə  alınmışdır.  Bu  isə  Azərbayjan  Respublikasının  qanunvericiliyini  sivil  və 

mütərəqqi ümumdünya hüquq dərəcəsinə yaxınlaşdırmışdır. 

Sovet dövründə mülki hüquq alqı-satqı müqaviləsinin tətbiq sferasını mühüm dərəcədə məhdudlaşdırmışdı. 

O dövrün hüquq ədəbiyyatında bu, onunla izah olunurdu ki, sosializmdə dəyər qanunu öz ümumi əhəmiyyətini 

itirir. Müasir dövrdə bazar münasibətlərinə əsaslanan iqtisadi inkişaf kursunun götürülməsi, təsərrüfatın səmə-

rəsiz inzibati-amirlik metodları ilə idarə olunmasından imtina edilməsi alqı-satqı müqaviləsinin tətbiqi sahəsini 

xeyli  genişləndirmişdir.  Başqa  sözlə  desək,  köklü  iqtisadi  islahatların  həyata  keçirilməsi,  cəmiyyətin  iqtisadi 

ə

saslarında prinsipial dəyişikliklər edilməsi bu müqavilədən istifadə edilməsinin diapazonunu kifayət qədər ge-



nişləndirməyi şərtləndirmişdir. 

Konstitusiya vətəndaşların azad sahibkarlıq və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növləri 

ilə məşğul olmaq hüququnu (59-cu maddə), xüsusi mülkiyyət hüququnu (29-cu maddə), mülkiyyət toxunul-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1399   1400   1401   1402   1403   1404   1405   1406   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin