vəzli olaraq güzəşt edilir, müəlliflik hüququnun obyekti olan əsərlərin ifadə
edildiyi maddi daşıyıcıların (obyektlərin) çoxsaylı nüsxələri geniş oxucu auditoriyasının istifadəsinə verilir,
mürəkkəb quruluşlu kosmik aparatlar, nəhəng hava gəmiləri, iri texnoloci qurğular və avadanlıqlar, əmlak
kompleksləri olan müəssisələr özgəninkiləşdirilir, habelə istiqraz vərəqələri, səhmlər, adsız əmanət kitabçaları,
vauçerlər (dövlət özəlləşdirmə çekləri), sertifikatlar və digər qiymətli kağızlar digər şəxslərin mülkiyyətinə ke-
çir.
Alqı-satqı müqaviləsi həm də beynəlxalq xarici ticarət dövriyyəsi sahəsinə xidmət edir. Bu sahədə alqı-
satqı əsas rol oynayır. Beynəlxalq iqtisadi münasibətlərin inkişafı sahəsində hüquqi forma və vasitə olmaq baxı-
mından bu müqavilənin böyük rola malik olması şəksizdir. Beynəlxalq iqtisadi münasibətlər sahəsində istifadə
edilən alqı-satqı əlaqələri bir çox sənədlərlə qaydaya salınır. Bu sənədlər arasında BMT-nin Beynəlxalq mal al-
Dostları ilə paylaş: |