Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1400/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1396   1397   1398   1399   1400   1401   1402   1403   ...   1820
A.CalinskiyA.Rёrixt. Vvedenie v nemeükoe pravo. M., 2001. 

Larens K. Allgemeiner Teil des Deutschen bürgerlichen Recht. München. 1989. 

Klünzinger E. Einführung in das bürgerliche Recht. München. 1993. 

Musielak H.-J. Grundkurs BGB. München. 1994. 

Medicus D. Schuldrecht. München. 1999. 

Brox H. Allgemeines Schuldrecht. München. 1999. 

Sakag VaqaüumaToru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 2. M., 1983. 

 

I FƏS L 



ALQI-SATQI MÜQAV LƏS  

§ 1. Alqı-satqı müqaviləsinin anlayışı, əhəmiyyəti, 

tətbiq olunma sahəsi və hüquqi tənzimlənmə mənbələri 

1. Alqı-satqı müqaviləsinin hüquqi

 məqsədi (əsası), əhəmiyyəti və tətbiq olunma sahəsi 

Alqı-satqı  mülki  hüququn  ən  mühüm  institutlarından  biridir.  Zəruri  kateqoriya  kimi  alqı-satqı  insan 

cəmiyyəti ilə dörd min ilə yaxındır ki, necə deyərlər, «yol yoldaşlığı» edir. Şübhəsiz ki, insanın hələ təbiətdən 

ayrılmadığı arxaik dövrlərdə və cəmiyyətin ilkin ibtidai mərhələlərində alqı-satqı anlayışı məlum deyildi. Alqı-

satqı anlayışı «homo sapiens»in, yəni ilk şüurlu insanın meydana gəlməsi ilə dərhal yaranmamışdır. Belə ki, bu 

anlayış çoxəsrlik inkişaf tarixinə malik olan insan cəmiyyətinin müəyyən bir təkamül mərhələsində əmələ gəl-

mişdir. Hələ qədim Misirdə, Babilistanda və Afinada alqı-satqı müqaviləsindən geniş miqyasda istifadə olunur-

du.  Hətta  Hammurapi  qanunları  bu  hüquqi  konstruksiyanın  etibarlı  olmasını  şərtləndirən  halları  (müqavilənin 

predmeti kimi yalnız dövriyyə qabiliyyətli əmlakın çıxış etməsi; satıcının satdığı əmlakın qanuni və həqiqi sahibi 

olması; müqavilənin ikidən çox şahidin iştirakı ilə bağlanması) nəzərdə tuturdu. Beləliklə, alqı-satqının mühüm və 

zəruri forma kimi tətbiq edilməsi üçün insan cəmiyyətinin müəyyən bir inkişaf tarixi lazım olmuşdur. 

Çoxəsrlik inkişaf tarixinə malik olan alqı-satqı hələ klassik Roma hüququnda mühüm anlayış kimi işlədilir-

di. Alqı-satqı Roma hüququnda konsensual kontrakt «emptio-venditio» anlayışı ilə əhatə olunmuşdu. Alqı-

satqı müqaviləsinin predmeti kimi mal (merx), qeyri-maddi (qeyri-cismi) əşyalar (res incorporales), yəni əmlak 

hüquqları (tələb hüquqları, uzufruktun həyata keçirilməsi hüquqları və s.) çıxış edirdi. Gələcək məhsulun satıl-

ması barədə müqavilə də Roma hüququnda nəzərdə tutulmuşdu. Bu cür müqavilə təxirəsalıcı şərtlə bağlanan 

ə

qd hesab edilirdi. Gələcək məhsulun alıcıya verilməsi ilə əlaqədar yaranan münasibətlər gələcək və ya gözləni-



lən əşyanın satqısı müqaviləsi ilə (mec futurae sivi speratae) rəsmiləşdirilirdi. Klassik Roma hüququ alqı-satqı 


 

447


müqaviləsinə bir tərəfin, yəni satıcının (venditor) digər tərəfə, yəni alıcıya (emptor) əşya, mal (merx) verməyi, 

digər tərəfin, yəni alıcının isə həmin əşyaya görə satıcıya pulla ifadə olunan haqq (pretium) verməyi öhdəsinə 

götürməsi kimi anlayış verirdi.  

Alqı-satqı müqaviləsi əqdin bir növü kimi əyyən hüquqi məqsəd (əsas) güdür. Bu müqavilənin hüquqi 

məqsədi (əsası) tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam 

olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mül-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1396   1397   1398   1399   1400   1401   1402   1403   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin