A.Calinskiy, A.Rёrixt. Vvedenie v nemeükoe pravo. M., 2001.
Larens K. Allgemeiner Teil des Deutschen bürgerlichen Recht. München. 1989.
Klünzinger E. Einführung in das bürgerliche Recht. München. 1993.
Musielak H.-J. Grundkurs BGB. München. 1994.
Medicus D. Schuldrecht. München. 1999.
Brox H. Allgemeines Schuldrecht. München. 1999.
Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 2. M., 1983.
I FƏS L
ALQI-SATQI MÜQAV LƏS
§ 1. Alqı-satqı müqaviləsinin anlayışı, əhəmiyyəti,
tətbiq olunma sahəsi və hüquqi tənzimlənmə mənbələri
1. Alqı-satqı müqaviləsinin hüquqi
məqsədi (əsası), əhəmiyyəti və tətbiq olunma sahəsi
Alqı-satqı mülki hüququn ən mühüm institutlarından biridir. Zəruri kateqoriya kimi alqı-satqı insan
cəmiyyəti ilə dörd min ilə yaxındır ki, necə deyərlər, «yol yoldaşlığı» edir. Şübhəsiz ki, insanın hələ təbiətdən
ayrılmadığı arxaik dövrlərdə və cəmiyyətin ilkin ibtidai mərhələlərində alqı-satqı anlayışı məlum deyildi. Alqı-
satqı anlayışı «homo sapiens»in, yəni ilk şüurlu insanın meydana gəlməsi ilə dərhal yaranmamışdır. Belə ki, bu
anlayış çoxəsrlik inkişaf tarixinə malik olan insan cəmiyyətinin müəyyən bir təkamül mərhələsində əmələ gəl-
mişdir. Hələ qədim Misirdə, Babilistanda və Afinada alqı-satqı müqaviləsindən geniş miqyasda istifadə olunur-
du. Hətta Hammurapi qanunları bu hüquqi konstruksiyanın etibarlı olmasını şərtləndirən halları (müqavilənin
predmeti kimi yalnız dövriyyə qabiliyyətli əmlakın çıxış etməsi; satıcının satdığı əmlakın qanuni və həqiqi sahibi
olması; müqavilənin ikidən çox şahidin iştirakı ilə bağlanması) nəzərdə tuturdu. Beləliklə, alqı-satqının mühüm və
zəruri forma kimi tətbiq edilməsi üçün insan cəmiyyətinin müəyyən bir inkişaf tarixi lazım olmuşdur.
Çoxəsrlik inkişaf tarixinə malik olan alqı-satqı hələ klassik Roma hüququnda mühüm anlayış kimi işlədilir-
di. Alqı-satqı Roma hüququnda konsensual kontrakt «emptio-venditio» anlayışı ilə əhatə olunmuşdu. Alqı-
satqı müqaviləsinin predmeti kimi mal (merx), qeyri-maddi (qeyri-cismi) əşyalar (res incorporales), yəni əmlak
hüquqları (tələb hüquqları, uzufruktun həyata keçirilməsi hüquqları və s.) çıxış edirdi. Gələcək məhsulun satıl-
ması barədə müqavilə də Roma hüququnda nəzərdə tutulmuşdu. Bu cür müqavilə təxirəsalıcı şərtlə bağlanan
ə
qd hesab edilirdi. Gələcək məhsulun alıcıya verilməsi ilə əlaqədar yaranan münasibətlər gələcək və ya gözləni-
lən əşyanın satqısı müqaviləsi ilə (mec futurae sivi speratae) rəsmiləşdirilirdi. Klassik Roma hüququ alqı-satqı
447
müqaviləsinə bir tərəfin, yəni satıcının (venditor) digər tərəfə, yəni alıcıya (emptor) əşya, mal (merx) verməyi,
digər tərəfin, yəni alıcının isə həmin əşyaya görə satıcıya pulla ifadə olunan haqq (pretium) verməyi öhdəsinə
götürməsi kimi anlayış verirdi.
Alqı-satqı müqaviləsi əqdin bir növü kimi müəyyən hüquqi məqsəd (əsas) güdür. Bu müqavilənin hüquqi
məqsədi (əsası) tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam
olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsi ilə satıcı əmlak üzərində mül-
Dostları ilə paylaş: |