törədən təqsirkar tərəf mülki-hüquqi məsuliyyətə jəlb edilir. Özü də dərhal qeyd etməliyik: yalnız o tərəf
məsuliyyət daşıyır ki, o, müqaviləni mühüm (əhəmiyyətli) dərəjədə pozsun və bu, müqavilənin dəyişdirilməsinə
və ya ləğv edilməsinə əsas versin. Bu halda təqsirkar tərəf digər tərəfə, yəni müqabil tərəfə müqavilənin dəyiş-
dirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Başqa sözlə desək, o, dəyən zərərin əvə-
zinin ödənilməsi formasında mülki-hüquqi məsuliyyət daşıyır.
Müqavilə dəyişdirildiyi və ya ləğv edildiyi halda həmin müqavilədən əmələ gələn öhdəliyin dəyişdirilməsi
və ya xitam olunması anının müəyyən edilməsini mülki qanunvericilik xüsusi qaydada tənzimləyir (MM-in
424-cü maddəsinin 3-cü bəndi). Öhdəliyin dəyişdirilməsi və ya ləğv edilməsi anının müəyyənləşdirilməsi hüqu-
qi əhəmiyyətə malik olan vacib məsələdir. Ona görə ki, öhdəlikdə iştirak edən tərəflərin hüquq və vəzifələrinin
dəyişdirilməsi və ya ləğv edilməsi məhz bu anla bağlı olur.
Göstərilən an müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından (üsullarından) asılı olaraq müəy-
yən edilir. Belə ki, əgər müqavilə tərəflərin sazişi (razılığı) üsulu ilə dəyişdirilərsə və ya ləğv edilərsə, onda bu
barədə tərəflərin saziş bağladıqları andan öhdəliklər dəyişdirilmiş və ya ləğv edilmiş hesab edilir. Belə ki, mü-
Dostları ilə paylaş: |